Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli hansı üzlə xalqa müraciət edir?

Çünki o və ətrafındakılar xarici qüvvələrin əlində oyuncağa çevriliblər

Əli Kərimli hansı üzlə xalqa müraciət edir?

AXCP sədri Əli Kərimli öz tərəfdarlarını bu il sentyabrın 28-nə mitinqə çağırıb. Bu uğursuz siyasətçi hesab edir ki, həmin yolla həm daxildə, həm də xaricdə özünün kəskin aşağı düşmüş reytinqini bir qədər yüksəltməyə, nəticə etibarilə daha çox qrant əldə etməyə nail olacaq. Boş və mənasız bir cəhddir. 

Azərbaycan ictimaiyyəti son 25-30 ildə kimin kim olduğunu yaxşı bilir. Bəli, hər kəsə məlumdur ki, Əli Kərimli və yaxın ətrafı regionda marağı olan xarici qüvvələrin əlində oyuncağa çevrilib. AXC sədri özü də başa düşür ki, onun heç bir sosial bazası olmayıb, bu gün də yoxdur və heç vaxt da olmayacaq.
Bu gün xaricdə Azərbaycanda xaos və anarxiya yaratmaq arzusunda olan qüvvələr mövcuddur. Görünən budur ki, dünyada və regionda baş verən siyasi təbəddülatlar zəminində onlar son vaxtlar xeyli fəallaşıblar. Antimilli qüvvələr daxildəki milli satqınlara “stavka” edirlər. Atalar deyib ki, “loxma boğmadır”. Bu məntiqdən çıxış etsək, deyə bilərik ki, məhz Əli Kərimli qrant və başqa qeyri-qanuni maddi yardımlar aldığı həmin qüvvələrin sifarişini icra etməyə məcburdur.  
Tutaq ki, Əli Kərimlinin arzu etdiyi mitinq baş tutdu və ora bir neçə yüz, hətta min nəfər sadəlövh adam toplaşdı. AXCP sədri onlara nə deyəcək? Axı, deməyə sözü yoxdur. Xalq 1990-cı illərin əvvəllərində Ə.Kərimlinin bu gün təmsil olunduğu AXCP-yə bir dəfə inanmışdı. Onlar isə əhalinin inam və etimadını doğrulda bilmədilər, səriştəsizlik, siyasi səbatsızlıq göstərdilər, ölkəni uçuruma apardılar. 
Bütün bunlar yaxın keçmişdə olub. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan dövləti adlı məmləkət olmayacaqdı. Bu həqiqəti kütlə qarşısında etiraf etməyə Əli Kərimlinin cəsarəti çatacaqmı? Təbii ki, çatmayacaq! Sual olunur: Əli Kərimli hansı üzlə xalqı yenidən meydanlara çağırır? 
Bu gün radikal müxalifət Azərbaycan dövlətinə, xalqın legitim yolla seçdiyi iqtidara ancaq qara yaxmağı bacarır. Müxalifət heç vaxt heç bir normal siyasi və iqtisadi inkişaf proqramı ortaya qoya bilməyib. Buna görə də Azərbaycan xalqı dağıdıcı qüvvələri təmsil edən siyasətbazlara inanmır. 
Milli Məclisin deputatı Elman Nəsirli haqlı olaraq qeyd edir ki, bu gün Azərbaycan xalqı Əli Kərimli, Arif Hacıyev və bu qəbildən olan digər radikal siyasətçilərə siyasi şoumenlər kimi baxır. Onların niyyəti Azərbaycanı Suriyaya, Liviyaya çevirməkdir. Əlbəttə, müdrik xalqımız pozucu qüvvələrin  çirkin əməllərinin həyata keçməsinə imkan verməyəcək.
Bu gün Azərbaycanda maraqları toqquşan qüvvələrin olduğu reallıqdır. Sivil dövlətlərdə iqtidar və müxalifət partiyaları ümummilli məsələlərdə vahid cəbhədən çıxış edirlər. Təəssüf ki, bizdə belə deyil. Ölkəmizdə dağıdıcı qüvvələr hər vəchlə konstruktiv müxalifətin formalaşmasına imkan vermirlər. 
Milli Məclisin başqa bir deputatı Tahir Rzayev da təəssüflənir ki, ölkəmizdə vətəndaş qarşıdurması yaratmaq, Azərbaycan dövlətçiliyini məhv etmək kimi hədəfləri seçənlər var. Onların sırasında xaricdə məskunlaşmış “sapı özümüzdən olan baltalar” da var. Onlara siyasi müxalifət demək olmaz. Onlara siyasi mühacir də demək düzgün deyil. Onlar dövlətimizə xəyanət yolunu seçmiş insanlardır,  xarici dairələrin əlində alətə çevrilmiş ünsürlərdir.
Lakin istər xaricdəki dağıdıcı qüvvələrin, istərsə də daxildəki radikal müxalifətin niyyətləri iflasa məhkumdur. Azərbaycan dövləti hazırda kifayət qədər güclü və qüdrətlidir. Xalqımızın xarici təhdidlərə qarşı müqaviməti böyükdür. Bizdə səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi var. 
Yeri gəlmişkən, bu günlərdə Bakıda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda “dəyirmi masa” keçirildi. Tədbirdə bir sıra iqtidar və müxalifət partiyalarının rəhbərləri və təmsilçiləri mövzu ətrafında çıxış edərək geniş müzakilərlər apardılar. Sonda Birgə Bəyanat qəbul edildi. 
Qeyd etmək lazımdır ki, “dəyirmi masa”da səslənən əksər fikir və mülahizələr ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Bu barədə söz düşəndə Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədri Habil Niftalı dedi ki, o, belə bir tədbirin keçirilməsini alqışlayır: “Dəyirmi masa”da qəbul edilmiş bəyanatda qeyd olunur ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş Milli Ordu qurculuğuna və Silahlı Qüvvələrimizə hərtərəfli dəstək göstərməyə borcludur. Bu gün hər birimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün əlimizdən gələni etməliyik. Torpaqlarımızın bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və Vətənin mənafeyindən söz gedəndə siyasi mübarizə arxa plana keçməlidir”.   
H.Niftalının sözlərinə görə, bəyanatda onu razı salan başqa bir məqam isə siyasi mübarizənin etik normalar çərçivəsində aparılması məsələsidir. Bəli, siyasi mübarizə zamanı etik normaları gözləmək,  milli-mənəvi və əxlaqi dəyərlərimizə hörmət etmək lazımdır. Xüsusilə, kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatların yayılması yolverilməzdir. 
Təəssüf ki, Əli Kərimli və tərəfdarları bu gün ölkədə sivil siyasi mübarizə aparmaq gücündə olmadıqlarına görə, iqtidara hər cür şər, böhtan atmaq yolu seçiblər. Bu, radikal müxalifətin miskinliyinə və zəifliyinə dəlalət edir. 

 

“Xalq qəzeti”

 

16 2019 23:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə