Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət” mərkəzi ilə tanış olub

Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət” mərkəzi ilə tanış olub

Sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub. 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılmasının məqsədləri, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımdan "ASAN xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bu günədək 33 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.
Görüşdə agentlik ilə qardaş ölkənin müvafiq qurumları arasında uğurlu əməkdaşlıqdan bəhs olunub və "ASAN xidmət" modelinin Türkiyədə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Diqqətə çatdırılıb ki, iyunda Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və elektron hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Həmçinin həmin forum çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb. Türkiyə Respublikasının da tərəfdaş olduğu assosiasiyanın yaradılması ilə dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspertlərin, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur. 
Qonaq, həmçinin "ABAD" publik hüquqi şəxs, "ASAN Radio" və "ASAN Təlim-Tədris Mərkəzi"nin fəaliyyəti ilə tanış olub. 

 

AZƏRTAC

16 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə