Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qax RİHB-nin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi şəhərdə abadlıq işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Qax RİHB-nin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi  şəhərdə abadlıq işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot – 1. Qax şəhərinin M.Dilbazi və M.Rahim küçələrində abadlıq işlərinin satın alınması.
 Lot- 2. Qax şəhərinin İ.Mustafayev küçəsində abadlıq işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. 
İştirak haqqı hər bir lot üçün 150 manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Qax YXO
 H/h-AZ 20AİİB32051019447100201171
 VÖEN- 430088051
 Bank- “Kapital Bank”ın Qax filialı
 Kod- 200714
 VÖEN- 9900003611
 M/h- AZ 37 NABZ 01350100000000001944
 S.W.İ.F.T- AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalınan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 23 sentyabr 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 2 oktyabr 2019-cu il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 3 oktyabr 2019-cu il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. 
E-şərtlər toplusunu 4 sentyabr 2019-cu il saat 11.00-dan sonra əldə etmək olar. 

 

Tender komissiyası

17 2019 03:11 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Oktyabr 2019 | 10:40
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə