Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft bahalaşmağa başlayıb

Neft bahalaşmağa başlayıb

Səudiyyə Ərəbistanının neft emalı zavodunda baş verən yanğından sonra dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. 
Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 19 faiz artaraq bir bareli 71, 95 dollar olmuşdu. Lakin ABŞ Prezidenti Donald Trampın bəyanatından sonra “Brent” markalı neftin bir bareli 65,43 dollara düşüb. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlanan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 18 faiz artaraq bir bareli 62,70, sonra isə 58,60 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 20 faiz artaraq əvvəcə bir bareli 73,60, sonra isə 67,40 dollar olub.
Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, Rusiya öz yanacaq-energetika müəssisələrini qorumalıdır. Bundan əlavə , bütün neft ölkələri öz yanacaq-energetika komplekslərini terrorçulardan qorumalıdırlar.
Bu ərəfədə üsyançı hüsilər bildiriblər ki, onlar yenə də Səudiyyə Ərəbistanının yanacaq-energetika komplekslərinə yeni hücumlar edəcəklər.
Səudiyyə Ərəbistanı isə ölkənin yanacaq-energetika komplekslərinin mühafizəsini gücləndirib.

Qəzənfər QASIMOV, Xalq qəzeti” 

 

16 2019 23:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə