Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Kubaya qarşı sanksiyaların müddətini uzadıb

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Kubaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların müddətini 2020-ci il sentyabrın 14-dək uzadıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbə yazır ki, bu barədə ABŞ liderinin müvafiq bəyanatı Ağ evin mətbuat xidməti tərəfindən dərc olunub. Bəyanatda qeyd edilir: “Hesab edirəm ki, Kubaya qarşı embarqonun müddətinin bir il də uzadılması milli maraqlara uyğundur”.
Qeyd edək ki, ABŞ 1961-ci ildə Kubada ABŞ mülkiyyətinin milliləşdirilməsi prosesinə cavab olaraq bu ölkə ilə diplomatik əlaqələri dayandırıb. Rəsmi Vaşinqton isə Kubaya qarşı iqtisadi embarqo tətbiq edib.
2014-cü ilin dekabrında ABŞ-ın sabiq prezidenti Barak Obama Vaşinqtonun Havanaya qarşı əvvəlki siyasətinin effektiv olmadığını etiraf edib və ikitərəfli münasibətlərin normallaşdırılması və sanksiyaların yumşaldılması prosesinin başladığını bildirib. Lakin 2016-cı ildə Donald Tramp hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlərin nizamlanması prosesi dayanıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

16 2019 23:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə