Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan Əfqanıstan və Hindistandakı diplomatlarını geri çağırıb

Pakistan Əfqanıstan və Hindistandakı diplomatlarını geri çağırıb

İki ölkə ilə sərhəddə dörd əsgərinin və bir mülki şəxsin öldürülməsindən sonra Pakistan hökuməti Əfqanıstandakı və Hindistandakı diplomatlarını geri çağırıb. Bu barədə rəsmi İslamabada istinadən “Amerikanın səsi” radiosu məlumat yayıb. 

Pakistanın Hindistan ilə sərhədində, iki ölkənin silahlı qüvvələrinin bir-birini atəş açmaqda ittiham etdiyi insident müsəlmanların çoxluq təşkil etdiyi mübahisəli Kəşmir bölgəsində baş verib.
Son hadisələr Pakistanla Hindistan arasında gərginliyin artdığı və Birləşmiş Ştatlarla Əfqanıstandakı Taliban arasında danışıqların ­dayandırıldığı vaxta təsadüf edir.
Qeyd edək ki, son vaxtlar Pakistanın Hindistan və Əfqanıstanla münasibətlərində gərginlik artır. Keçən həftənin cümə günü gecə saatlarında patrulda olan bir Pakistan əsgəri Əfqanıstan yaraqlıları tərəfindən öldürülüb. Pakistan Müdafiə Nazirliyi iki gün əvvəl sərhəd bölgəsində ikinci bir insidentin də baş verdiyini, Pakistan qüvvələrinın hücuma məruz qaldığını və üç əsgərin həlak olduğunu bildirib.

M.HACIXANLI, “Xalq qəzeti”

 

16 2019 23:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə