Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Günəşi tədqiq edəcək kosmik aparat hazırlanıb

Günəşi tədqiq edəcək kosmik aparat hazırlanıb

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) kosmosa Günəşi tədqiq edəcək yeni zond göndərəcəyini bəyan edib. Bu barədə “Nat.geo.ru” məlumat yayıb. Bildirilir ki, yeni kosmik aparatın kosmosa 2020-ci ildə göndərilməsi planlaşdırılır. 

Aparat “Aditya L1” adlanır. Təşkilatın açıqlamasında qeyd edilir ki, yeni kosmik zond Günəş sistemindəki orbitdə Laqranja adlı (L1) bölgədə - Yer kürəsindən təxminən 1,5 milyon kilometr məsafədə yerləşəcək. Həmin nöqtədə avtomatik stansiyanın Yerlə Günəş arasında hərəkətsiz dayanması mümkündür. Məlumata görə, burada heç vaxt Günəş tutulması baş vermir. Bu isə aparata maneəsiz olaraq Günəşin şüalarını tədqiq etməyə imkan verəcək. Bundan başqa, aparat Günəşin maqnit sahəsindən də uzaqda olacaq ki, bu da nəhəng ulduzun sahəsini ölçməyə imkan yaradacaq. 
Məlumata görə, aparatın daxilində Yerin işıq mənbəyinin müxtəlif parametrlərini ölçmək üçün yeddi müxtəlif tədqiqat sistemi quraşdırılıb. Belə ki, aparat bu sistem sayəsində Günəşdən gələn hissəciklərin axınını, maqnit sahəsini, “qızmar planet”dəki partlama nəticəsində ətrafa yayılan dalğaları, habelə onun fotosferasını və xromosferasını ölçəcək.
Yeri gəlmişkən, ISRO-nun bəyanatında Ayın orbitində itmiş “Vikram” kosmik aparatı ilə əlaqənin bərpası məsələsinə də toxunulub. Qeyd olunur ki, mütəxəssislər sentyabrın 21-dək bu rabitənin yenidən yaradılması üzrə işləri davam etdirəcəklər.
Qeyd edək ki, sentyabrın 7-də Hindistanın Ay missiyasını yerinə yetirən özünün “Çandrayan-2” pilotsuz kosmik gəmisi ilə əlaqə kəsilib. Belə ki, sentyabrın 6-dək lunoxodun Ayın səthinə enməsi əməliyyatı plana uyğun həyata keçirilirdi və onu son olaraq 2,1 kilometr məsafədə müşahidə etmək mümkün olub. Lakin bu məqamda rabitə itib və 9 gün keçməsinə rəğmən bərpa olunmayıb. Məlumat üçün deyək ki, iki həftə ərzində rabitə bərpa edilməsə, aparatın enerjisi tamamilə tükənəcək. Bundan sonra isə aparatla əlaqə saxlamaq mümkün olmayacaq. 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

16 2019 23:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə