Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zirvəyə gedən yolun başlanğıcında

Zirvəyə gedən yolun başlanğıcında

Bu gün sentyabrın 16-da Bakıdakı Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra məktəbin direktoru Arzu Nəzərova məktəbdə təhsil alan bütün müəllim və şagirdləri, valideynləri  2019-2020-ci il--yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. Bildirildi ki, ümumilikdə məktəbdə cari ildə 1535 nəfər təhsil alır. Bunlardan 737 nəfəri 1-4-cü siniflərdə, 798 nəfəri isə 5-11-ci siniflərdə oxuyurlar. Qeyd olunanlardan 300 nəfəri rus bolməsində elmi biliklərə yiyələnir. Məktəbdə cari ildə 160 şagird birinci sinfə qəbul olunub.

Dövlətimizin son illər təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan A. Nəzərova məktəblərin təmir-tikinti işlərinə xüsusi diqqət yetirildiyini vurğuladı. Direktor bildirdi ki, dövlətimizin təhsil sahəsinə göstərdiyi qayğıya biz müəllimlər də yüksək işimizlə cavab verməli, gənc nəslin vətənpərvər, savadlı, gələcəyin peşəkar kadrları kimi yetişməsi üçün əlimizdən gələni əsirgəməyəliyik.

Valideynlər adındançıxış edən Xəzər TV-nin əməkdaşı Nəcəf Həsənov və digərləri ölkə rəhbərliyinin təhsil sahəsinə qayğısından razılıqlarını ifadə etdilər, məktəbə ilk dəfə qədəm basan birinciləri və onların valideynlərini, pedaqoji kollektivi təbrik etdilər, qarşıdakı təhsil illərində onlara uğurlar arzuladılar.

Sonra birinci siniflər üçün ilk zəng çalındı. İbtidai sinif müəllimi İradə Hüseynovanın sinifində əsl bayram əhval ruhiyəsi vardı. Məktəbin rus bölməsində oxuyan fidan balalar müəllimin sağlamlıq və bədən tərbiyəsi ilə bağlı söylədiklərinə diqqətlə qulaq asır, sual cavablarda fəal iştirak edirdilər. Gülnaz Məmmədova, Aylin Həsənzadə, Saleh Qəniyev, Nərgiz İbrahimli, Aylin Sultanova , Raul Məmmədov və başqalarının rus dilində sərbəst danışmaları onların gələcəkdə bu dildə biliklərə yiyələnməkdə çətinlik çəkməyəcəklərini göstərirdi.

Hələ qarşıda balaca məktəbliləri acılı-şirinli illər, elmin zirvəsinə doğru əziyyətli yollar gözləyir. Bu gərgin, şərəfli yolda şagird və müəllim kollektivinə uğurlar arzulayırıq.

 

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

 

16 2019 20:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə