Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ildə dəmir yolu ilə 2,2 milyon sərnişin daşınıb

Cari ildə dəmir yolu ilə 2,2 milyon sərnişin daşınıb

Bu ilin yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 2,2 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 25,4 faiz artım olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 293 vaqon yüklənib, 404 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 11,7 min ton, qərb istiqaməti üzrə 4,4 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2019 16:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə