Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olub

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olub

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Özbəkistan Respublikasının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olması qərarı ilə əlaqədar bəyanat yaymışdır.

Bəyanatda deyilir: “2019-cu il sentyabrın 14-ə təsadüf edən Özbəkistan Respublikası tərəfindən Naxçıvan Sazişinin ratifikasiyasının tamamlanması Türkdilli Dövlətlərinin həmrəyliyinin möhkəmləndirilməsində növbəti əlamətdar hadisə oldu. Belə ki, 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin  üzv olduğu TDƏŞ-ə daha bir türkdilli ölkə - Özbəkistanın qoşulmaq qərarı açıqlandı. Bu qərar münasibətilə qardaş Özbəkistanı təbrik edirik.

Özbəkistan Respublikasının Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığımızı müasir zəmanənin tələblərinə uyğun olaraq Türkdilli Dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Özbəkistanın TDƏŞ-ə qoşulması barədə bu tarixi qərarının, məhz Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsi Azərbaycan Respublikası üçün xüsusi rəmzi məna daşıyır. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyətini salamlamaq bizim üçün şərəfli və xoş bir fürsət olacaqdır.

 

“Xalq qəzeti”

16 2019 15:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə