Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda yüksək ixtisaslı və peşəkar kadrlara ehtiyac var

Azərbaycanda yüksək ixtisaslı və peşəkar kadrlara ehtiyac var

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019-2020-cu il tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə öncə Dövlət himni səsləndirilib. Universitetin rektoru  İlham Mədətov Bilik Günü münasibətilə tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

İ.Mədətov qeyd edib ki, indiyədək universitetin bakalavr pilləsini bitirən 2361 məzundan 216 nəfəri  magistr dərəcəsi alıb. Tələbələrdən 210 nəfəri  isə bakalavr və magistr pilləsində ATMU-nun, o cümlədən Avstraliyanın İMC Krems TEU-nun diplomunu alıb. Bildirilib ki, bu tədris ilində universitet tələbələrindən 97 nəfər-- Türkiyə, Kipr,  İsrail, Çin, Bolqarıstan, BƏƏ-də, 58 nəfərdən çoxu isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub. Yeni tədris ilində ATMU-ya 13 ixtisas üzrə qəbul olunan 502 tələbədən 257-i dövlət sifarişi əsasında, 245-u isə ödənişli əsaslarla təhsilini davam etdirəcək.

Rektor turizm sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu, mövcud infrastrukturun yeniləndiyini, təhsil işçilərinin sosial rifahının gündən-günə yaxşılaşdığını deyib. Qeyd edilənləri təhsilə və müəllimlərə hörmət və ehtiramın göstəricisi kimi dəyərləndirib.

Bilik Günündə Dövlət Turizm Agentliyinin aparat rəhbəri  Kənan Qasımov yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edib. ATMU-nun tələbələri ilə görüşündən məmnunluğunu bildirib.

Ölkədə turizm sektorunun inkişafından danışan K.Qasımov deyib: “Məsləhətim budur ki, ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından lazımınca  faydalanıb çalışqan tələbələrdən olun. Unutmayın  ki, Azərbaycanda  hər zaman yüksək ixtisaslı və peşəkar kadrlara ehtiyac var”.

AATP qrupunda təhsil alan Bəxtiyar Verdiyev ATMU ilə tərəfdaş ali təhsil müəssisəsi--Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin (TEU) də diplomunu almaq üçün tələbələrə yaradılan imkandan danışıb. İMC Krems Tətbiqi Elmlər Universitetinin müəllimi xanım Barbara Kovarribuas, valideynlər adından Asif Usubəliyev Bilik Günü gördüklərindən məmnunluqlarını bildiriblər.

Sonda ATMU-ya yüksək balla qəbul olan  gənclərə tələbə biletləri və gül təqdim olunub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 15:18 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə