Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması üçün geniş imkanlar yaradıb

Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması üçün geniş imkanlar yaradıb

Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, sentyabrın 16-sı Azərbaycanda yeni dərs ilinin başlanğıcı, Bilik günüdür. İlk dəfə məktəbə gedənlər başda olmaqla bütün şagirdləri və onların valideynlərini bu münasibətlə təbrik edirəm.

Əli Əhmədov qeyd edib ki, təhsil, bilik müasir cəmiyyətin ən böyük sərvətidir: “Dövlətimiz gənc nəslin layiqli təhsil alması üçün geniş imkanlar yaradıb. Bu gün məktəb partaları arxasında oturan yeniyetmələr, universitetlərdə oxuyan tələbələr gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə böyük töhfə verəcək, dövlətimizin keşiyində layiqincə duracaqlar”.

Baş nazirin müavini vurğulayıb ki, məktəbə qayğı tək dövlətin deyil, cəmiyyətin hər bir üzvünün işi olmalıdır: “İnanıram ki, hər birimizin səyləri nəticəsində yaxşı oxumaq, müasir biliklərə yiyələnmək istəyi yetişməkdə olan nəslin əsas fərqləndirici xüsusiyyəti olacaq. Gəlin, uşaq və gənclərimizdə kitaba məhəbbəti, biliklərə həvəsi birlikdə gücləndirək”.

 

“Xalq qəzeti”

16 2019 12:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə