Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda “tarla günü” keçirilib

Salyanda “tarla günü” keçirilib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTB ETİ), Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEİM) birgə təşkilatçılığı ilə aran bölgəsində pambıqçılıqla məşğul olan fermerlər üçün elmi-praktik seminar və “tarla günü” keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  bildiriblər ki, rayonlaşmış pambıq sortlarının intensiv becərmə texnologiyası, toxumçuluğun düzgün təşkili, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinə həsr olunmuş seminarda Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Tariyel Atamalıyev və Salyan RAEİM-in direktoru Sədrəddin İbrahimov rayon üzrə pambıq əkinlərinin vəziyyəti, sahələrdə zəruri aqrotexniki tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, Salyan RAEİM-in ərazisində yerli sortlarla yanaşı, 12 yunan sortunun elmi təcrübələri aparılır. “Gəncə-110” sortunun isə azonlaşdırılmış texnologiya üzrə toxumçuluq məqsədi ilə əkini həyata keçirilir. Qeyd olunub ki, gələcəkdə əldə olunmuş elmi nəticələr fermer təsərrüfatlarında tətbiq olunacaq.

AEİM-in şöbə müdiri Nicat Nəsirli, BMTB ETİ-nin direktoru Elçin Xəlilov, şöbə müdirləri Ələddin Tağıyev, Mahirə Vəliyeva, Kazım Hüseynov və Mahal Kazımov təcrübə sahəsində nümayişə çıxarılmış yerli və xarici sortların müqayisəli xüsusiyyətləri, onların intensiv becərmə texnologiyası və toxumçuluğunun təşkili, pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri haqqında fermerlərə ətraflı məlumat veriblər. Bu məsələlərlə bağlı pambıqçı fermerlərin çoxsaylı sualları cavablandırılıb.

Sahədə keçirilən tarla günü çərçivəsində fermerlər Salyan RAEİM-nin təcrübə sahəsində yerli sortların nümayiş əkinləri ilə tanış olublar. BMTB ETİ-nin mütəxəssisləri tarlada fermerlərə yerli sortların təsərrüfat əhəmiyyətı, xəstəlik və zərərvericilərə qarşı interqrir mübarizə tədbirləri barədə ən son yenilikləri əyani göstəriblər. Tədbirin sonunda iştirakçılara institutun alimləri tərəfindən hazırlanmış çoxsaylı marifləndirici tövsiyələr və məlumatlandırıcı bukletlər paylanılıb.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

16 2019 11:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə