Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Violonçel ifaçısı Camal Əliyev Lammermur festivalında

Violonçel ifaçısı Camal Əliyev Lammermur festivalında

Sentyabrın 22-dək Şotlandiyanın (Böyük Britaniya) İst-Lotian bölgəsində Lammermur Festivalı keçirilir.

Tədbir çərçivəsində sentyabrın 18-də violonçel ifaçısı Camal Əliyev çıxış edəcək. Konsertin proqramına N.Paqanini, F.Şopen, R.Şuman, S.Raxmaninov və B.Martinunun əsərləri daxildir.

Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 17:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə