Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəkidə infotur çərçivəsində konfrans

Şəkidə infotur çərçivəsində konfrans

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının "Kazax TV" telekanalı üçün infotur keçirib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akreditasiya olunmuş Media-Soy Productionun "Kazax TV" telekanalı üçün Azərbaycanda "Folk Art" və "The school of nomads" adlı iki layihə hazırlayır. Verilişlərdə Azərbaycanın tarixi və mədəni irsi əks etdiriləcək çəkilişlər Bakı, Lahıc və Şəkidə aparılıb.

İnfotur çərçivəsində 13 sentyabr tarixində Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində Media-Soy Production şirkətinin prodüseri Dana Nukeyevanın, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın, regional "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrup" üzvlərinin iştirakı ilə "Mədəniyyətin təbliğində medianın rolu" adlı konfrans keçirilib.

Konfransı Mərkəzin elmi katibi Cavid Əliyev açaraq görülən işlər və gələcək layihələr haqqında məlumat verdi. Bildirildi ki, seminarın məqsədi mədəniyyətimizin təbliğində medianın mühüm rolunu bir daha qeyd etmək və ictimaiyyəti MEMİM-in fəaliyyəti barədə məlumatlandırmaqdır. Mərkəz bir sıra maraqlı layihələrə imza atıb, gənclərin mədəni proseslərə cəlb olunmasına diqqət ayırır.

A.Usubəliyev ölkəmizdə fəaliyyət göstərən mədəniyyət ocaqlarının da təbliğatına ehtiyacın olduğunu dedi. Bildirdi ki, bir çox hallarda regionlardakı mədəniyyət müəssisələri gördükləri işi ictimaiyyətə çatdıra bilmirlər. Bu istiqamətdə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müvafiq işlər görür. Bununla belə, müxtəlif mediaların fikri və bu məsələlərə diqqət ayırması bizim üçün çox əhəmiyyətlidir. Televiziyalarda xəbər proqramlarında mədəniyyət xəbərlərinə sonda ayrılan bir neçə dəqiqə efir vaxtı informasiyanın çatdırılmasını və mövzuları əhatə edə bilmir. Eyni zamanda, mədəniyyətin təbliğində informasiyanın çoxluğu deyil, onun keyfiyyəti uğurlu nəticə verə bilər.

Tədbirdə Qazaxıstan Respublikasının media təmsilçiləri çıxış edərək öz mülahizə və fikirlərini irəli sürdülər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 17:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə