Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı

"Teatr və konsert müəssisələri yeni mövsümü açmağa hazırlaşır. Yay mövsümündə onlar yeni layihələr üzərində işləyiblər. Bu il də ölkəmizin mədəni həyatı öz zənginliyi ilə yadda qalacaq".

Mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri sentyabrın 12-də Muzey Mərkəzində teatr-konsert müəssisələrində yeni mövsümün açılışına həsr olunmuş brifinqdə dedi.

Nazir vurğuladı ki, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə teatr, konsert müəssisələrin binaları təmir olunub, maddi-texniki bazası yaxşılaşdırılıb. Bu proses bu gün də davam edir. Hazırda İrəvan Azərbaycan Dövlət Dram Teatrında təmir işləri həyata keçirilir. Bildirildi ki, bütün teatrlara yeni səhnə əsərlərinin hazırlanması dövlət sifarişləri verilib. Həmçinin ölkə başçısının müvafiq sərəncamına əsasən bütün teatrlara birdəfəlik maddi yardım göstərilib.

Nazir qeyd etdi ki, sentyabrın 18-də başlayacaq ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında müxtəlif ölkələrdən ifaçı və kollektivlər, o cümlədən Rusiya, Çin və Avstriyadan qonaqlar olacaq. İlin sonunadək ölkəmizdə bir sıra vacib mədəniyyət tədbirləri həyata keçiriləcək.

Nazir mədəni tədbirlər zamanı insanların davranışları məsələsinə də toxundu: "Son zamanlar aparılan təhlillər onu deməyə əsas verir ki, bu sahədə müsbət tendensiya var. Məsələn, vaxtilə bizim konsertlər, teatr tamaşaları, tədbirlər zamanı telefon zənglərinin səslənməsi, tamaşaçının da, ifaçının da diqqətini yayındıran belə hallar çox idi. Ancaq indi bunların sayı azalıb, insanlar öyrəşiblər ki, tamaşa, konsert və s. zamanı telefonu söndürmək və ya səsini azaltmaq lazımdır. Mədəniyyətdə həm də belə xırda nüanslardan başlamaq lazımdır. Hər mədəni tədbirə gəliş insanlar üçün mənəvi bayrama çevrilməlidir.

Nazir vurğuladı ki, Azərbaycanın çox zəngin mədəni sərvəti var. Təsviri sənət nümunələri, heykəltəraşlıq əsərlər, abidələrimiz, maddi mədəni irsimiz, Azərbaycan musiqisi – hamısı bizim sərvətimizdir: “Tarixi abidələrimizi qorumasaq, sanki öz doğma əcdadlarımıza hörmətsizlik etmiş oluruq. Mən bir daha sizi bu məsələlərdə ictimaiyyətin maarifləndirilməsinə önəm verməyinizi istərdim".

Əbülfəs Qarayev Azərbaycan əsilli məşhur müğənni Sami Yusufun böyük şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiyasının geniş dinləyici auditoriyasında böyük rezonans doğurması barədə fikirlərini də bölüşdü.

Sonda nazir jurnalistləri maraqlandıran bır sıra sualları da cavablandırdı.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 17:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə