Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR

Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR

ABŞ Prezidenti Donald Tramp Misirin lideri Abdəl Fəttah əs-Sisini özünün "sevimli diktatoru" adlandırıb.

“Xalq qəzeti” dünya KİV-nə istinadən xəbər verir ki, Donalt Tramp bunu Fransada keçirilən "G7" iclasının fasilələri zamanı deyib.

Misir Prezidenti ilə görüşə hazırlaşarkən D.Tramp yüksək səslə "Mənim sevimli diktatorum haradadır" - deyə, soruşub. Həmin vaxt onun yanında həm ABŞ, həm də misirli məmurların olduğu deyilir.

Şahidlər amerikalı liderin bu fikri zarafatla səsləndirdiyini qeyd edirlər. Əs-Sisinin bunu eşidib-eşitməməsi barədə isə bir məlumat yoxdur.

 

Anar Əli,
“Xalq qəzeti”

14 2019 17:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə