Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp: Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir

Donald Tramp: Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir

ABŞ Prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb ki, qeyri-leqal miqrasiya  onun ölkəsinə ildə 300 milyard dollara başa gəlir.

D.Tramp bildirib: "Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir. Belə vəziyyətin davam etməsi üçün heç bir əsas yoxdur. Hər şey ona doğru gedir ki, bu rəqəm azalmağa doğru getsin".

Qeyd edək ki, D.Tramp qeyri-leqal miqrasiya ilə mübarizəni öz siyasətinin əsas prioritetlərindən sayır.

 

“Xalq qəzeti”

14 2019 15:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə