Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtmiş Hindistan kosmik gəmisi ilə əlaqə şansı azalır

İtmiş Hindistan kosmik gəmisi ilə əlaqə şansı azalır

Bir həftə öncə Hindistanın Ay missiyasını yerinə yetirən “Çandrayan-2” pilotsuz kosmik gəmisi ilə əlaqə itib. Hadisə kosmik zondun Ayın səthinə eniş etdiyi vaxtda baş verib. “The İndependient” nəşrinin məlumatına görə, Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı hər ötən saat kosmik aparatın batareyasının tükəndiyini, bir neçə gündən sonra modulun işləməsi üçün heç bir gücünün qalmayacağını bildirib.

Təşkilat rəsmiləri onu da əlavə edib ki, qısa bir müddətdə günəş panelləri vasitəsilə enerji hasil etmək mümkün olacaq, lakin bu, aparatın fəaliyyəti üçün kifayət etməyəcək.

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının adının açıqlanmasını istəməyən nümayəndəsi qeyd edib ki, kosmik gəmi ilə rabitənin bərpası ehtimalı olduqca azdır. Modulun iki həftəlik iş həcminin olduğunu xatırladan mütəxəssis deyib ki, təşkilatın “Vikram” lunoxodu ilə yenidən əlaqə yaratması üçün cəmi bir həftə vaxtı qalıb.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

14 2019 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə