Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kaliforniya Universitetinin mütəxəssisi ATU-da olub

Kaliforniya Universitetinin mütəxəssisi ATU-da olub

Kaliforniya Universitetinin Diş həkimliyi məktəbinin Təcrübə qruplarının  rəhbəri Dr. Mitra Simanian Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. İmplantologiya ve kosmetik stomatologiya üzrə mütəxəssis M.Simanian əsasən ATU-nun Tədris Stomatoloji Klinikasının fəaliyyəti ilə tanış olub.

Görüşdə ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Alqış Səfərov qonağa rəhbərlik etdiyi müəssisədən söz açıb, bildirib ki,  ATU-nun ilk klinikası olan Stomatoloji Klinikası 138 kabinet və geniş monitorlarla təchiz olunmuş 3 mühazirə zalından ibarətdir. Klinikada 6 kafedra və 9 şöbə fəlaiyyət göstərir.

A.Səfərov burada tələbələrin təhsili və praktik bilgilər əldə etməsi üçün yaradılan şəraitlə qonağı tanış edib: “Klinikada tələbələrin praktik işlərini aparması üçün geniş tədris-treyninq mərkəzi və fantom tədris kabinetləri yaradılıb. Tələbələr və rezidentlər rahatlıqla burda işləyirlər. Tələbələr müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçir və praktiki vərdişlər əldə edir, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak edirlər. Onlar son model ləvazimat və materiallardan istifadə edirlər”.

Prorektor Orxan İsayev bidirib ki, xarici tələbə sayına görə ATU ölkəmizdə lider mövqedədir: “Hazırda ATU-nun 23 ölkədən 2 minə yaxın əcnəbi tələbəsi var. Türkiyə, İran, Gürcüstan, İraq, Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrdən tələbələr təhsil alırlar”.

Dr. Mitra Simanian qəbul üçün təşəkkürünü bildirib və ATU-nun Tədris Stomotoloji Klinikasında qonaq olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə ATU-nun stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov və ortopedik stomatologoya kefedrasının müdiri, professor Nazim Pənahov da iştirak ediblər. Qonaq klinikası ilə tanışlıqdan sonra tədris-treyninq mərkəzini ziyarət edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2019 12:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə