Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhriyar Məmmədyarov növbəti mərhələyə adlayıb

Şəhriyar Məmmədyarov növbəti mərhələyə adlayıb

Rusiyuanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsinin ilk oyunları keçirilib.

Həmyerlimiz Şəhriyar Məmmədyarov özbəkistanlı Rüstəm Qasımcanovu məğlub edərək aktivinə bir xal yazdırıb. Teymur Rəcəbov rusiyalı Sənan Syugirovla, Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezlə heç-heçə edib. Eltac Səfərli isə hindistanlı Sarin Nihala məğlub olub.

Bu gün şahmatçılarımız cavab oyunları keçirəcək.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak etmək hüququ qazanacaqlar.

 

E.ABBASOV,
“Xalq qəzeti”

14 2019 11:39 - İDMAN
İDMAN
21 Oktyabr 2019 | 23:57
“Beşiktaş”da yeni prezident
20 Oktyabr 2019 | 10:14
Altıncı “Qızıl buts”
16 Oktyabr 2019 | 21:00
Rekord göstərici

Köhnə versiyamızdan xəbərləri izlə