Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda 7-ci arena polo üzrə dünya kubokunun açılışı olub

Bakıda 7-ci arena polo üzrə dünya kubokunun açılışı olub

Sentyabrın 13-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda 7-ci arena polo üzrə dünya kuboku turnirinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar iştirak ediblər.
Turnirin açılış mərasimində əvvəlcə iştirakçı komandaların keçidi olub. 
Yeddinci arena polo üzrə dünya kubokunun açılış matçında Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club Baku” komandası “Evviva Polo Club St. Moritz”i (İsveçrə) 11:3 hesabı ilə məğlub edib. Komandamızın heyətində Elçin Camallı (6), Tərlan Qurbanəliyev (3) və Rəşad Həsənov (2) fərqləniblər. Rəqib komandanın hər üç qolunu Fabio Mayer vurub.
İkinci görüşdə isə Almaniyanın “Los Nocheros Polo Club Münster” və Rusiyanın “Planernaya Polo Club Moscow” komandaları qarşılaşıblar. Oyun rusiyalıların 9:7 hesablı qələbəsi ilə başa çatıb.
Turnirin ikinci günündə ilk oyun “Evviva Polo Club St. Moritz” və “Los Nocheros Polo Club Münster” arasında baş tutacaq. İkinci oyunda “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” komandaları üz-üzə gələcəklər. Sentyabrın 15-də üçüncü yer uğrunda görüş və final matçı keçiriləcək.
Xatırladaq ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.

 

AZƏRTAC

14 2019 01:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə