Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əbədi ezamiyyət” filmi qardaş ölkədə rəğbətlə qarşılanıb

“Əbədi ezamiyyət” filmi qardaş ölkədə rəğbətlə qarşılanıb

Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi Ankarada nümayiş olunub. 
Rəsmi şəxslər, o cümlədən səfir Xəzər İbrahim, Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, eləcə də paytaxt ictimaiyyətinin görkəmli nümayəndələri tamaşaçılar arasında olublar.
Azərbaycan tarixinin ən maraqlı və şərəfli səhifələrindən birinə işıq salan uğurlu ekran əsərini izləyənlər tədbirdən dərin təəssüratlarla ayrılıblar.
Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu film barədə təəssüratlarını bölüşərək deyib ki, ekran əsərini duyğusuz izləmək mümkün deyil. Film istiqlalımızın nə qədər qiymətli olduğunu tərənnüm edir.
Həkim Nejat Soyan isə hesab edir ki, “Əbədi ezamiyyət” Azərbaycanın dövlətçilik tarixi barədə Türkiyə ictimaiyyətini məlumatlandırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən filmin Ankaradakı təqdimatı ölkəmizin Türkiyədəki səfirliyi və SOCAR-Türkiyənin birgə təşkilatçılığı əsasında diplomatik xidmət orqanlarımızın 100 illiyinə həsr edilib. 

 

Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

14 2019 01:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə