Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı işini plenar iclasla davam etdirib

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı işini plenar iclasla davam etdirib

Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı sentyabrın 13-də "Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri" mövzusunda plenar iclasla işini davam etdirib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov münaqişə zonalarında jurnalistlərin fəaliyyətinin yüksək qiymətləndirilməsinin önəmini bildirib. Qeyd edib ki, həmin jurnalistlər müntəzəm olaraq peşəkar təlimlərə cəlb olunmalı, münaqişə zonasında qarşılaşa biləcəkləri vəziyyətlərə əvvəlcədən hazır olmalıdırlar. 
Sonra çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Hindistan Mətbuat Şurasının üzvü Çhakanda Nayak, “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov və başqaları qeyd ediblər ki, jurnalistlərin peşə vəzifələri üçün yaranmış təhlükə dünya mediasının ən ağrılı tərəfidir. Hərbi zonaların öz qanunları var. Bu qanunlar münaqişə tərəfləri və fövqəldövlətlər tərəfindən formalaşır. Digər tərəfdən, qloballaşan dünyada sosial media və rəqəmsal jurnalistika öz müsbət xüsusiyyətləri ilə yanaşı, yeni təhlükəli təmayüllərin tez bir zamanda vüsət almasına şərait yaradıb. Bu, jurnalistlərə qarşı yeni təhlükə mənbələrinin yaranması, təhdid və qətllərin motivinin dəyişməsi ilə müşayiət olunur. 
Qeyd edilib ki, jurnalistlərin hüquqlarının qorunmasının zəruriliyi barədə məlumatlılığı artırmaq, habelə münaqişələr haqqında obyektiv məlumatların yayılması prosesini dəstəkləmək üçün birlikdə çalışmağın, vahid platforma yaratmağın böyük əhəmiyyəti var. 
Tədbir müzakirələrlə davam edib.

 

AZƏRTAC

14 2019 01:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə