Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası olub

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası olub

Sentyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. 
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, iclasda Yeni Azərbaycan Partiyasının bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib. Həmçinin YAP İcra Katibliyinin cari ilin iyun, iyul və avqust aylarında gördüyü işlərlə bağlı hesabatı dinlənilib.  
Qeyd olunub ki, bələdiyyə seçkilərinə hazırlığa artıq start verilib və işlər təsdiq olunmuş tədbirlər planına uyğun olaraq aparılır. Cəmiyyətdə yüksək nüfuzu və zəngin təcrübəsi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanacağına əminlik ifadə olunub.    
İclasda YAP İcra Katibliyinin ötən 3 ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilib və bu tədbirlərin nəinki partiyanın, eləcə də ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyəti qeyd olunub. 
İclasda bir sıra cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.    

14 2019 01:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə