Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Şurasına üzv ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişlənir

Avropa Şurasına üzv ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişlənir

Ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Xristos Cakoumoulosun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev və cinayət kollegiyasının sədri Şahin Yusifov ilə görüşüb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş məqsədyönlü işlər barədə məlumat verilib, Avropa Şurası ilə münasibətlərin tarixinə nəzər salınıb.
Bildirilib ki, Avropa Şurasına üzv ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən, bu əməkdaşlığın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv olduqdan sonrakı qısa müddətdə bir çox konvensiyalara, o cümlədən “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya qoşulub.
Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı barədə məlumat verən kollegiya sədri ölkə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, elektron xidmətlərin göstərilməsi, hakimlərinin sayının artırılması və sosial müdafiəsinin yaxşılaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində həmin fərmanla verilmiş tövsiyə və tapşırıqlar barədə danışıb.
Ölkəmizlə bağlı xoş təəssüratlarından danışan X.Cakoumoulos Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri qismində Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların Avropa Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırıb.
Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın davam edən işğalçılıq siyasəti qonağın diqqətinə çatdırılıb.
Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələr qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılıb.

14 2019 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə