Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan GUAM-a sədrliyi dövründəki prioritet mövzuları açıqlayıb

Azərbaycan GUAM-a sədrliyi dövründəki prioritet mövzuları açıqlayıb

Sentyabrın 13-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 50-ci iclası keçirilib.
GUAM-ın Milli Əlaqələndiricilər Şurasından bildiriblər ki, iclasda GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, GUAM ölkələri arasında ticarət dövriyyəsi daha da artırılmalıdır. Müzakirələr zamanı 2020-ci il yanvarın 1-dən GUAM-ın sədrliyinin Azərbaycana keçəcəyi vurğulanıb. 
Toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkəmizin sədrliyi dövründəki prioritet məsələlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi Azərbaycan üçün prioritet mövzulardır.

 

Emil Hüseynli,
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

14 2019 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə