Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–Rusiya İşgüzar Şurasının qarşıdakı dövrdə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb

Azərbaycan–Rusiya İşgüzar Şurasının qarşıdakı dövrdə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan–Rusiya İşgüzar Şurasının idarə heyətinin üzvləri ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Azərbaycan–Rusiya İşgüzar Şurasının fəaliyyətini müsbət qiymətləndirərək iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsində şuranın gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Azərbaycan–Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov çıxış edərək iki ölkə sahibkarları arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Qeyd olunub ki, ötən ilin avqustunda şuranın strukturu və iş formatı tam olaraq yenilənib. 
Bildirilib ki, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye, turizm, maliyyə və İKT kimi iqtisadiyyatın müxtəlif sahələrində şuranın fəaliyyəti bundan sonra daha geniş olaraq davam etdiriləcək.
İclasda Azərbaycan–Rusiya İşgüzar Şurasının ötən bir ildəki fəaliyyəti və qarşıdakı dövrdə fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

14 2019 01:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə