Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib

UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi “Oriyentasiya günü” keçirilib.
Dünya universitetlərində də hər il ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə ətraflı məlumat vermək və əyləncəli, pozitiv gün yaşatmaqdır.
UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunan “Oriyentasiya günü”ndə tyutorlar və müəllim mentorlar yeni qəbul olan tələbələrə məlumatlar verib, tələbə könüllülər isə onlara universitetlə tanışlıqda bələdçilik ediblər.
Birinci kurslar üçün universitetin həyətində tələbə təşkilatlarının, Karyera Mərkəzinin, UNEC Startap və “Enactus”un stendləri də quraşdırılıb. Stendlərdə onlara tələbə təşkilatlarının fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib. UNEC Startap və “Enactus” stendlərində isə yeni startap ideyalarının, beynəlxalq yarış və reallaşdırılan layihələrin nümayişi keçirilib, komandaya yeni üzvlər cəlb olunub. UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələrə karyera quruculuğu ilə bağlı məsləhətlər verərək, mərkəzin fəaliyyətindən söz açıblar, onlara Karyera planlama testi təşkil ediblər.
“Oriyentasiya günü”ndə tələbələr elektron monitorlarda yerləşdirilən dərs cədvəlləri ilə tanış olublar. Elektron monitorlar vasitəsilə daxil olduqları fakültə haqqında, tələbə təşkilatlarının fakültə nümayəndəlikləri, ikinci əlaçı təqaüdü qazanan və fəal tələbələri, eyni zamanda, UNEC-in ikili diplom proqramları barədə məlumatlar əldə ediblər.
Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqilər səsləndirilib, birinci kurslar üçün əyləncəli və intellektual oyunlar, idman yarışları keçirilib. Prezident təqaüdçüləri tədbir zamanı Radio UNEC-in canlı yayımında universitet barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, UNEC-ə 2019/2020-ci tədris ilində 4799 tələbə qəbul olunub, onların 3273 nəfəri bakalavr, 1526-sı isə magistrdir. 

 

Elnarə Ömərova

14 2019 00:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə