Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial paketlərin icrası xalqın həyat səviyyəsini yüksəldir

Sosial paketlərin icrası xalqın həyat səviyyəsini yüksəldir

Cari ilin əvvəlindən başlayaraq dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşların rifahını yüksəldib. İcra edilən iki sosial paket 4,2 milyon insanı əhatə edir və onun maliyyə tutumu bu il üçün 2,3 milyard manat, gələn üçün isə 3 milyard manatdır. Bu isə o deməkdir ki, Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya bir il ərzində iki dəfə artırılıb.

Bütün bunlar ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılması üçün dövlət başçısı tərəfindən atılan növbəti addımdır. Bu, həmçinin sosial rifahın yüksəldilməsinə dair həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin miqyasının getdikcə artdığını göstərir. Şübhəsiz, bu islahatların başında sosial ədalət və humanizm prinsipləri durur. İki sosial paket çərçivəsində reallaşan uğurlu göstəricilərə nəzər yetirdikdə bunu aydın görə bilərik.
Birinci sosial paketin icrası ilə minimum əməkhaqqı 130 manatdan 180 manata yüksəldi, sosial müavinətlər, Prezidentin aylıq təqaüdü orta hesabla 100 faiz artdı. 223 min insanın pensiya təminatı yaxşılaşdırıldı, 100 minə yaxın tələbənin təqaüdü artırıldı, minimum pensiyalar 160 manata yüksəldi. Milli qəhrəmanlar üçün Prezident təqaüdü 1300 manata, şəhid ailəsinə verilən təqaüd 300 manata qaldırıldı, 2 yeni təqaüd növü təsis edildi. 800 mindən çox insanın problemli krediti həll edildi. Çoxmənzilli binalardakı mənzil probleminin həlli 300-400 insanı əhatə etdi. 3 milyona yaxın insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalandı. Ümumilikdə, sosial məsələlərin həllinə 1,6 milyard manat vəsait yönəldildi ki, bu gün həmin artımlardan 830 min insan yararlanır.
İkinci sosial paketin icrası ilə isə minimum əməkhaqqı 180 manatdan 250 manata qaldırılıb. Büdcədən maliyyələşən 400 min nəfərin vəzifə maaşları 20--50 faiz yüksəlib. Bu insanların arasında səhiyyə işçiləri də var və onların əməkhaqlarının aşağı olması hamıya məlumdur. Səhiyyə işçilərinin əməkhaqlarının ikinci dəfə artırılması bizim üçün daha böyük məna kəsb edir və çox vacib əhəmiyyətə malik önəmli addımdır. Əminliklə deyə bilərik ki, ölkəmizin bütün səhiyyə işçiləri, o cümlədən də kollektivimiz Azərbaycanda sosial sahədə aparılan islahatların, həyata keçirilən layihələrin, reallaşdırılan proqramların insan sağlamlığına, firavanlığına ünvanlandığını görür, bəyənir, alqışlayır və buna görə ölkə başçısına minnətdardırlar.
Qeyd etməyi lazım bilirəm ki, bölgələrdə böyük diaqnostik imkanlara və kadr potensialına malik olan tibb ocaqlarının yaradılması regionlarda yaşayan əhaliyə yüksək keyfiyyətli və hərtərəfli tibbi xidmət göstərməklə, sakinlərin paytaxta gəlmədən xəstəliklərinin erkən aşkarlanmasına, müalicənin daha tez başlanmasına şərait yaradır. Dövlət başçısı tərəfindən göstərilən bu qayğı, diqqət, son illər yeni səhiyyə obyektlərinin tikilməsi, əsaslı təmir edildikdən sonra hər cür avadanlıqlarla təmin edilərək xalqın istifadəsinə verilməsi, tibb işçilərini öz işlərinə daha məsuliyyətlə yanaşmağa sövq edir. Sosial paketdən yararlanan hər bir ölkə vətəndaşı, səhiyyə işçisi kimi kollektivimiz də Prezidentin bu sərəncamlarını bəyənir.
Biz çox razıyıq ki, Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

 

Nəsib QULİYEV, 
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor

14 2019 00:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə