Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətçiliyə qarşı yönəlmiş təşəbbüslər iflasa məhkumdur

Dövlətçiliyə qarşı yönəlmiş təşəbbüslər iflasa məhkumdur

Son aylar Prezident İlham Əliyevin həyata ­keçirdiyi sosial islahatlar, əhalinin aztəminatlı qruplarına qayğı göstərilməsi, maaş və pensiyaların nəzərəçarpacaq dərəcədə artması, böyük infrastruktur layihələrin icrasına başlanılması, xalqla dövlət arasında təmasın daha intesiv şəkil alması antiazərbaycan dairələrin, antimilli fəaliyyət sərgiləyən şəxslərin planlarını puç etmişdir. Bu şəbəkənin “sapı özümüzdən olan” ünsürləri Azərbaycanda həyata keçirilən islahatlara dəstək verməsələr də heç olmazsa susmalı idilər. Sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək dövlətə, hakimiyyətə qarşı qarayaxma kampaniyası aparan bu qaragüruh zümrə yalnız qisasçı siyasi ambisiyalarını reallaşdırmaq barədə düşünür. 

Dağıdıcıların əsas ­“missiyalarından” biri də sosial şəbəkələrdə təxribatlar törətmək, real həyatda reallaşdıra bilmədiklərini virtual aləmdə həyata keçirməkdir. Özlərini radikal müxalifətin “liderləri” hesab edən bu şoumenlər xarici ağalarının” sifarişlərini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar xaricdən aldıqları sifarişləri həyata keçirmək üçün Azərbaycanı hətta Suriya, Liviya və digər vətəndaş qarşıdurması olan ölkələrin gününə salmağa hazırdırlar. Təbii ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi və xalq bu çirkin niyyətin baş tutmasına heç vaxt imkan verməyib və verməyəcək. 
Bu gün Azərbaycanın geostrateji cəhətdən mühüm siyasi arealda yerləşməsi, ölkəmizin təbii sərvətlərində dünyanın bir sıra böyük güclərinin marağının olması, hər an zəifləyəcəyimiz günü səbrsizliklə gözləyən və “əlitətikdə” olan Ermənistan kimi düşmən qonşumuzun olması reallıqdır. Dövlət başçımız bütün siyasətində Azərbaycanı düşünür, strateji planlarında ölkəmizin rifahı, tərəqqisi və qüdrətlənməsi üçün əlindən gələni edir. Bunu görməzlikdən gəlmək fiziki qüsur olsaydı, anlamaq olardı, amma bu mənəvi korluğun nəticəsi kimi cəmiyyətin düşünə bilən kəsimini narahat etməkdədir. Çünki Azərbaycanı siyasi səhnədən yox etmək istəyən qüvvələr bunu birbaşa etmək istəmir və ya edə bilmirlər. Bunu özünü azərbaycanlı hesab edənlərin əli ilə həyata keçirmək niyyətindədirlər. Təəssüflər olsun ki, bəzən belə antiazərbaycan planların tələsinə düşən soydaşlarımız tapılır. Siyasi elmlər doktoru, ekspert Hikmət Babaoğlu haqlı olaraq yazır ki, hər zaman müxtəlif xarakterli qarşıdurmalar və ziddiyyətlərlə, həmçinin, destruktiv fəaliyyət mexanizmi ilə gündəmə gələn radikal müxalifət siyasi palitrada dağıdıcı subyekt qismində çıxış etməklə, özünün korporativ, antiazərbaycançı, qərəzli xarici dairələrin isə transmilli maraqlarının təmin olunması üçün ən müxtəlif metod və texnologiyalara istinad edir. Daha da dəqiqləşdirsək, sosial bazası və reytinqi, demək olar ki, olmayan, Azərbaycan siyasi palitrasında funksionallığını çoxdan itirmiş və disfunksiya nümunəsi qismində çıxış edən radikal müxalifət daha çox anarxist və radikal meyillərlə müşayiət edilən, özündə təxribatçı və manipulyasiya xarakterli taktika və niyyətləri ehtiva edən siyasi fəaliyyət mexanizmindən yararlanmağa çalışır. Radikal müxalifətin “mitinq” kimi səciyyələndirməyə çalışdığı son təxribatçı aksiyalarda müşahidə olunan faktlar və reallıqlar da bunu göstərən bariz nümunələrdəndir.
Hikmət Babaoğlu yazır ki, emosiya qrupları radikallar və anarxistlərin mitinq taktikalarından biridir: Emosiya qrupları daha çox radikal və anarxist cərəyanların nümayəndələri tərəfindən istifadə olunur. Başqa sözlə, bu qruplar öz fəaliyyətlərində siyasi radikalizmin təməl prinsiplərini əsas götürməkdə və fəaliyyət mexanizmlərini radikal, anarxist niyyətlər üzərində qurmaqdadırlar. Emosiya qrupları dedikdə isə heç bir rasional kriteriya və çalarlar əsasında fəaliyyət göstərməyən, bu və ya digər məsələyə münasibətdə radikal, təxribatçı və manipulyativ situasiyanın formalaşdırılması missiyasına xidmət edən kütləvi birliklər nəzərdə tutulur.
Bəli, müxalifətin son aylar sərgilədiyi davranış onu deməyə əsas verir ki, artıq bütün parametrlərdə tükənmiş və niyyətləri daşa dəyən bu qüvvələrin antiazərbaycan şəbəkənin köməyinə ümid etməsi və təxribata, iğtişaşlara bel bağlaması acı təəssüf hissi doğurur. Normal siyasi mübarizə apara bilmədiklərindən dağıdıcı metodlara istinad edən radikallar bu dəfə narazı qruplara ümid bağlayıblar. Siyasi ekspertlər qeyd edirlər ki, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini xarici qərəzli dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və antiazərbaycan mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər. Bu da onu deməyə əsas verir ki, radikal müxalifət Azərbaycanın milli təhlükəsizliyini və milli mənafeyini özünün korporativ səciyyə daşıyan destruktiv maraqlarına qurban verməyə razıdır.
Siyasi ekspert, “Yeni Kanal” Media Qrupunun rəhbəri Arzuman Abdulkərimov bildirir ki, bizim 200 mindən çox abunəsi olan “Youtube” kanalımız hər gün davamlı informasiyalar və ictimai-siyasi polemika yaradan mövzularda müzakirələr səbəb olan verilişlər hazırlasa, da iki ay ərzində cəmi 113 ABŞ dolları qazanc əldə edib. Bəs necə olur ki, təxminən eyni sayda izləyiciləri olan “Meydan tv” və onu imitasiya edən digər səhifələr və “online” kanallar bu qədər ardıcıl, sistemli olaraq dövlətimizə və dövlətçiliyimizə qarşı hərəkət edirlər. 113 Amerika dolları ilə işçi kontingentini necə saxlayırlar, dünyanın ən bahalı şəhərləri olan Londonda, Parisdə, Berlində bahalı studiyalarda, bahalı şərtlərlə necə çalışırlar? Hansı vəsaitlə o yüksək texnoloji imkanlarla təmin olunublar ? Təkcə bu faktın özü kifayət edir ki, özünü mühacir müxalifət adlandıran bu zümrənin antiazərbaycan qüvvələrin əlaltısına çevrilməsi barədə yekdil qərara gələk. 
Yəni bütün bunlar faktdır. Sadəcə özünü leqal müxalifət adlandıran Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli bunları anlamaq istəmir: “Bütün bunları gözdən keçirərək o nəticəyə gəlirik ki, Azərbaycanda dövlətə, dövlətçiliyə sadiq, Prezident İlham Əliyevin uğurlarla xarakterizə olunan siyasətini düzgün şəkildə analiz edən, dəstəkləyən insanlarımız bu antiazərbaycan şəbəkəyə qarşı birgə mübarizə aparmalı, ictimai mövqelərini açıq şəkildə ortaya qoymalıdırlar.” – deyə, Arzuman Abdulkərimov əlavə edib. 
Beləliklə, son islahatların nəticəsi olaraq xalq – iqtidar birliyindən, aparılan sosioloji islahatlardan narahat olan qüvvələrin hakimiyyəti, dövlətimizi nüfuzdan salmaq cəhdləri həmişəki kimi bumeranq effekti verəcək. Çünki bütün anarxist təşəbbüslər iflasa məhkumdur. Hamı bilir ki, Azərbaycan dövlətinin təməlləri sarsılmazdır, cəmiyyətin dövlətə və rəhbərliyə inamı sabitdir. 

 

“Xalq qəzeti”

 

14 2019 00:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə