Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heiko Mass: Aİ qaçqınlarla bağlı Türkiyə qarşısında öhdəliklərinə əməl edəcək

Yaxın Şərq ölkələrindən qaçqın axınının artması Avropada narahatlıq doğurur

Heiko Mass: Aİ qaçqınlarla bağlı Türkiyə qarşısında öhdəliklərinə əməl edəcək

Almaniyanın xarici işlər naziri Heiko Mass dünən Berlində Şimali Makedoniyadan olan həmkarı Nikola Dimitrov ilə keçirdiyi birgə mətbuat konfransında qaçqınlar problemi barədə danışarkən deyib ki, Avropa İttifaqının (Aİ) rəhbərliyi Türkiyə qarşısındakı öhdəliklərinə əməl etməyə hazırdır.  Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
H.Massın sözlərinə görə, son vaxtlar Yaxın Şərq ölkələrindən, xüsusilə Suriyadan qaçqınların artması Avropa ölkələrində narahatlıq yaradır. 
Almaniyanın xarici siyasət idarəsinin rəhbəri sonra deyib: “Bu həftənin əvvəlində mən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışmışam. Hörmətli həmkarımı əmin etmişəm ki, Aİ rəhbərliyi miqrantlarla bağlı Türkiyə ilə imzaladığı sazişin şərtlərinə tam əməl edəcək”. 
Almaniyalı nazir çıxışında xüsusi qeyd edib ki, onun cənab Mövlud Çavuşoğlu ilə telefon danışığı konstruktiv ruhda keçib. Tərəflər təmsil etdikləri dövlətlərin probleminin həlli üçün səylərini artırmaq əzmində olduğunu vurğulayıblar. 
Almaniyanın xarici işlər naziri sözügedən mətbuat konfransında həmçinin Liviyada baş verən son hadisələrə də toxunub. O qeyd edib ki, Berlin BMT-nin Liviya üzrə xüsusi nümayəndəsinin bu ölkədə vəziyyətin normallaşdırılması üçün irəli sürdüyü üç mərhələli planı dəstəkləyir.  
H.Massın fikrincə, həmin plan Liviyada siyasi proseslərin başlanmasına, nəticədə davamlı sülhün əldə olunmasına şərait yarada bilər. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

14 2019 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə