Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və KXDR liderlərinin yeni görüşü gözlənilir

ABŞ və KXDR liderlərinin yeni görüşü gözlənilir

ABŞ Prezidenti Donald Tramp bu ilin axırına qədər Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen Inla görüşmək niyyətindədir. Bu barədə ABŞ lideri Ağ evdə jurnalistlərlə görüşü zamanı bəyan edib. Məlumatı TASS verib. 

“Bəli, müəyyən bir vaxtda görüşə bilərik, – deyə ABŞ Prezidenti jurnalistlərdən birinin sualını cavablandırarkən bildirib. – Onlar çox istəyirlər ki, Şimali Koreya lideri ilə yeni görüşümüz olsun. Düşünürəm ki, bu, baş tuta bilər”. 
Bir gün əvvəl isə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs keçirdiyi brifinqdə bəyan etmişdi ki, Birləşmiş Ştatların və KXDR-in liderləri Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşməyi planlaşdırmırlar. Bununla yanaşı, o, qeyd etmişdi ki, Vaşinqton KXDR rəsmilərinin Koreya yarımadasının nüvəsizləşdirilməsi problemi ətrafında ABŞ lideri ilə yeni danışıqlara başlamaq barədəki bəyanatlarını alqışlayır. 
Xatırladaq ki, ABŞ və KXDR liderləri artıq bir neçə dəfə görüşüblər. Donald Tramp və Kim Çen In arasında üçüncü görüş bu il iyunun 30-da Şimali və Cənubi Koreya sərhədindəki təhlükəsizlik zonasında keçirilmişdi. ABŞ Prezidenti görüşün yekunları ilə bağlı bəyan etmişdi ki, tərəflər danışıqları işçi qruplar səviyyəsində davam etdirmək barədə ümumi rəyə gəliblər. Ancaq sonrakı aylar ərzində ölkələr arasında heç bir təmas yaradılmamışdı. 
Bir neçə gün əvvəl isə KİV KXDR xarici işlər nazirinin birinci müavini Tsoy Son Xinin ölkəsinin ABŞ-la Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqları bərpa etmək arzusu barədə rəsmi bəyanatı yayılmışdı. Donald Tramp bu məlumata müsbət reaksiya vermişdir. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

14 2019 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə