Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da demokratların debatlarının üçüncü mərhələsi keçirilib

ABŞ-da demokratların debatlarının üçüncü mərhələsi keçirilib

“Associated Press” agentliyinin yaydığı məlumata görə, Texas ştatının Hyuston şəhərində Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədlər arasında seçkiqabağı debatların üçüncü mərhələsi keçirilib.
Debatlarda Donald Tramp ilə mübarizədə əsas liderlərdən hesab edilən 10 namizəd – keçmiş vitse-prezident Co Bayden, Elizabet Uorren, Berni Sanders, Kamala Xarris, Kori Buker, Pit Butticiç, Xulian Kastro, Emi Klobuşar, Endrü Yanq və Beto O`Rurk iştirak ediblər. Qeyd edək ki, Demokratlar Partiyasının nümayəndələri 2020-ci ildə prezidentlik uğrunda Donald Tramp ilə mübarizə aparacaq namizədi seçməlidirlər. 
“ABC News” telekanalı tərəfindən təşkil edilən debatlar tibbi sığorta islahatlarının, yəni “Medicare hamı üçün” tibb proqramının, silah üzərində nəzarət, müəllimlərin məvaciblərinin artırılması və ABŞ-ın xarici siyasəti məsələlərinin müzakirəsi üzərində cəmləşib.
Yeri gəlmişkən, seçkiqabağı mübarizənin əvvəlində Demokratlar Partiyasından 20-dən çox namizəd olub. Lakin onların çoxu seçkiqabağı mübarizəyə yayın sonunda xitam verib. 
Qeyd edək ki, demokratların növbəti debatları oktyabrın ortalarında Ohayo ştatında keçiriləcək.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

14 2019 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə