Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Marsa göndəriləcək kosmik aparatın dizaynı və çəkisi dəyişdirilib

Marsa göndəriləcək kosmik aparatın dizaynı və çəkisi dəyişdirilib

ABŞ-ın Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Marsa göndərəcəyi yeni aparatın dizaynında  və çəkisində dəyişikliklər edib. Bu barədə “Nat.geo.ru” saytı məlumat yayıb. 
Mənbə yazır ki, “Mars 2020 Rover” adlanan və 2020-ci ildə “qırmızı planet”ə göndərilməsi nəzərdə tutulan bu kosmik aparatın çəkisi 20 kiloqram daha ağır olacaq.
Bildirilir ki, Kaliforniya ştatındakı Pasadina laboratoriyasında hazırlanan aparatın növbəti montaj işləri zamanı ona xüsusi ağırlaşdırıcılar əlavə olunub. Bundan sonra “Mars 2020 Rover” fırlanan nəhəng masanın üzərinə bərkidilib və onu saat əqrəbi istiqamətində və əksinə dəqiqədə bir dəfə olmaqla fırladıblar. Bu eksperimentin əsas məqsədi marsoxodun ağırlıq mərkəzini dəqiq müəyyən etmək olub. Belə ki, tarazlaşdırılmış ağırlıq aparatın Marsın səthində daha rahat hərəkət etməsi və onun “qırmızı planet”in səthinə endirilməsi baxımından vacibdir.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

14 2019 00:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə