Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk Dünyasının bir sıra KİV-lərində Qarabağ həqiqətləri ilə bağlı fikirlər işıqlandırılıb

Türk Dünyasının bir sıra KİV-lərində Qarabağ həqiqətləri ilə bağlı fikirlər işıqlandırılıb

Son günlər qardaş ölkə və bölgələrin bir sıra media orqanlarında Milli Məclisin deputatı, professor doktor Qənirə Paşayevanın fikirləri əsasında Azərbaycan həqi­qət­lərini özündə ehtiva edən müxtəlif janrlı materiallar dərc olunub. Qazaxıstanın “Bilim Tayms” jurnalı, Özbəkistanın “Kitab Dünyası” qəzeti, Başqırdıstanın “Başqurd qızı” jurnalı və Tatarıstanın bir sıra aparıcı media orqanlarında son aylar respublikamıza səfər etmiş yazarların təəssüratları, onların tərcümələri əsasında Qa­rabağla, ümumən Azərbaycan həqiqətləri ilə bağlı fikirlər geniş işıqlandırılıb.

Üz qabığnda Q.Paşayevanın şəklini verən Qazaxıstanın “Bilim Tayms” jurnalının “baş yazı” yerində deputatın Qarabağ mövzusunda qələmə aldığı “İtirdiyim xoşbəxtlik” hekayəsinin qazaxcaya uyğunlaşdırması verilib. Hekayəni istedadlı qazax gənc ədibi Erkin­bek Serikbay uyğunlaşdırıb.

Özbəkistanın “Kitab Dünyası” qəzetində tanınmış özbək şairi Həlimə Əhmədovanın deputatın özbəkcəyə uyğunlaşdırılaraq “Kitab Dünyası”nda çap edilmiş şeirləri  haqqında təhlil yazısı yayınlanıb.

“Başqırdıstan qızı”nın Azərbaycanda olmuş baş redaktoru Gülnaz Kutuyeva istər sosial mediada, istərsə də jurnalda öz ürək sözlərini yayınlayıb, habelə Q.Paşayevanın siyasi, elmi və ədəbi fəaliy­yəti haqqında ətraflı məlumat verib.

Avqust ayında Q.Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olmuş Tatarıstanın Xalq şairi, millət vəkili, Dövlət Mükafatı laureatı Razil Vəliyev aparıcı tatar media orqanlarında yer alan müsahibə və məqalələrində Azərbaycanla bağlı zəngin təəssüratlarını ifadə edib.

Bütün hallarda, sözügedən materiallarda ölkəmiz, mədəniyyətimiz, ədəbiyyatımız, özəlliklə, xalqımızın cəlb olunduğu elan olunmamış müharibənin nəticələri haqqında fikirlər yer alıb. Hər birinin özünəməxsus oxucu auditoriyası olan bu media orqanlarının diqqətini Azərbaycana yönəltməsi, qarşı dönəmdə qardaş dillərdə çıxacaq “Qarabağ heka­yə­ləri” üzərində iş getməsi diqqətəlayiq hadisədir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 11:33 -
26 Sentyabr 2019 | 23:08
Yeni model istehsal edilib
20 Sentyabr 2019 | 12:01
Atəşkəs rejimi 21 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə