Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda keçirilən qanvermə aksiyasında 97 donordan qan götürülüb

Salyanda keçirilən qanvermə aksiyasında 97 donordan qan götürülüb

Sentyabrın 10-da Səhiyyə Nazirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Salyan şəhərindəki Mərkəzi Hacı Tağı məscidində irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə qanvermə aksiyası keçirilib.

Aşura günü ilə bağlı keçirilən humanitar aksiyada rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, sadə salyanlılar və gənclər iştirak ediblər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Şirvan bölməsinin Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları donorların sağlamlığını yoxladıqdan sonra onlardan qan götürüblər. Humanitar aksiya çərçivəsində 97 nəfər könüllü donorun hər birindən 200 qram qan götürüblər.

Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcək.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2019 18:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
12 Oktyabr 2019 | 15:56
Həftəsonu neftin qiyməti
12 Oktyabr 2019 | 15:54
Yaponiyada kütləvi evakuasiya
12 Oktyabr 2019 | 15:51
Qırmızı yağış

Köhnə versiyamızdan xəbərləri izlə