Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda bostan sahələrindən 12 min tondan çox məhsul yığılıb

Salyanda bostan sahələrindən 12 min tondan çox məhsul yığılıb

Salyanda bostan məhsulları yığımı yekunlaşıb. Məhsul istehsalçıları əkdikləri bostan sahələrindən ilin səkkiz ayı ərzində 12 min 112 ton məhsul toplayıblar.

Rayon Statistika İdarəsindən bildiriblər ki, salyanlı əkinçilər bu mövsüm 821 hektar sahədə bostan bitkiləri əkiblər. Bunun da 530 hektarını qarpız, 291 hektarını isə yemiş sahəsi təşkil edib. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən gözlənildiyindən də çox məhsul yığılıb. Bostançılar 821 hektar bostan sahəsindən 8 min 88,4 ton qarpız, 3 min 973,7 ton yemiş tədarük ediblər. Bostan sahələrinin ümumi məhsuldarlığı isə 147,5 sentner olub.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2019 18:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə