Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-avqust aylarında əsas kapitala 8,6 milyard manat yönəldilib

Yanvar-avqust aylarında əsas kapitala 8,6 milyard manat yönəldilib

Bu ilin 8y ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 627,2 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26 faizi xidmət sahələrinə, 9,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9 faiz, büdcə vəsaitləri 27,7 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, digər vəsaitlər isə 0,3 faiz olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

12 2019 17:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə