Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR AQŞ daha bir quyu tikintisini başa çatdırdı

SOCAR AQŞ daha bir quyu tikintisini başa çatdırdı

SOCAR AQŞ  ‘’Günəşli’’ yatağının 11 saylı dəniz stasionar özülündə  yeni quyunun qazma işlərini uğurla başa çatdırdı. Şirkətdən verilən məlumatda bildirilir ki, sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olan yeni quyunun tikintisi təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan  yekunlaşdırıldı. Yeni quyunun faktiki dərinliyi 3 min 485 metrdir.

Hal-hazırda  SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla’’ yatağında  6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri davam etdirməkdədir.  Keyfiyyət və təhlükəsizlik dəyərlərinə daim sadiq qalan şirkət növbəti işlərini də Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və səmərəli şəkildə sifarişçiyə təhvil vermək əzmindədir.

 

“Xalq qəzeti”

12 2019 16:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
12 Oktyabr 2019 | 15:56
Həftəsonu neftin qiyməti
12 Oktyabr 2019 | 15:54
Yaponiyada kütləvi evakuasiya
12 Oktyabr 2019 | 15:51
Qırmızı yağış

Köhnə versiyamızdan xəbərləri izlə