Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Polşaya 32 ədəd F-35 təyyarəsinin satışını təsdiqlədi

ABŞ Polşaya 32 ədəd F-35 təyyarəsinin satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti, 6,5 milyard dolar dəyərində 32 ədəd F-35A tipli beşinci nəsil döyüş təyyarəsinin Polşaya satışına icazə verib.

Açıqlamada bu qərarın ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi ilə bağlı maraqlarına uyğun olduğu bildirilib.

Polşa Rusiya istehsalı olan Miq-29 və Su-22 təyyarələrini əvəz etmək üçün F-35 istəyini ABŞ-a may ayında bildirmişdi.

ABŞ-dan 2017-ci ildə 10,5 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sistemi alan Polşa, son zamanlarda “HMARS” raket sistemlərilə yanaşı, 2 milyard dollarlıq hərbi ticarət dövriyyəsi həyata keçirmişdir.

Qeyd edək ki, Varşava 2026-cı ilədək hərbi sahəyə 47 milyard dollar vəsait xərcləməyi düşünür.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

12 2019 13:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə