Ən son xəbərlər
İspaniyanın “Atletiko” futbol klubunun hücumçusu Dieqo Koşta “Barselona”ya transfer olunan komanda yoldaşı Antuan Qrizmanın haqqında açıqlama verib. Bu barədə “Marca” məlumat yayıb.
Koşta Qrizmannın ən böyük arzusunun Lionel Messi və Luis Suareslə oynamaq olduğunu deyib: “Qrizmannın ən böyük arzusu Messi və Suareslə oynamaq idi. Qərarına hörmətlə yanaşmalıyıq. Futbolçu olaraq bəzən özünü imtahan etmək istəyirsən. Qrizman "Atletiko"da əldə etdiklərini "Barselona"da da göstərmək istəyir”.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə