Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bekhem Messini öz klubunda görmək istəyir

Bekhem Messini öz klubunda görmək istəyir

ABŞ-ın "İnter Mayami" klubunun həmsahibi Devid Bekhem "Barselona"nın hücumçusu Lionel Messiyə telefonla zəng vuraraq onu komandasında görmək istədiyini bildirib.

"İnter Mayami" rəhbərliyi Messini öz heyətində görmək istəyini futboçunun özünə bir başa çatdırıb. Bununla bağlı Messi ilə əlaqə saxlayan Devid Bekhem argentinalı futbolçu ilə telefon əlaqəsi saxlayaraq ona dəyərli təklif edib.

Daha əvvəl Bekhem klubun baş məşqçisi vəzifəsinə Zidanı gətirmək istəyirdi.

Qeyd edək ki, 2018-ci ildə yaradılmış “İnter Mayami” klubu ABŞ-ın Florida ştatının Mayami şəhərini təmsil edir və 2020-ci ildən ABŞ və Kanadanın birgə liqası olan MLS (Major League Soccer)-də çıxış edəcək.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

12 2019 11:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə