Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp: ABŞ İranda hakimiyyət dəyişikliyi istəmir

Donald Tramp: ABŞ İranda hakimiyyət dəyişikliyi istəmir

Prezident Donald Tramp Ağ evin Oval kabinetində jurnalistlərə bildirib ki, ABŞ İranda hakimiyyət dəyişikliyi istəmir və Tehranla razılaşma imzalanacağını gözləyir.

D.Tramp deyib: "Rejim dəyişikliyini axtarmırıq. Bir razılıq əldə edə biləcəyimizi düşünürük, amma bunu da etmədiyimiz təqdirdə pis olmayacağını düşünürük".

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bir müddət əvvəl Trampın İran rəhbərliyi ilə ilkin şərtlər olmadan ünsiyyət qurmağa hazır olduğunu bildirmişdi. ABŞ Prezidentinin fikrincə, İran da razılığa gəlmək niyyətindədir.

Çərşənbə günü Bloomberg agentliyinin yaydığı məlumatda bildirilirdi ki, Tramp İrana qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsini müzakirə edib. Agentlik, həmçinin, qeyd edib ki, Nyu Yorkda prezidentlərin görüşünə hazırlıqlara başlanıb.

 

Xalq qəzeti

12 2019 11:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
12 Dekabr 2019 | 17:51
Krasnodarda vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə