Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 404 Bakı şəhəri, 10 sentyabr 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında” 2000-ci il 1 may tarixli 79 nömrəli, “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 20 noyabr tarixli 207 nömrəli, “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əməkhaqqının ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli, “Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydasının təsdiq edilməsi haqqında” 2002-ci il 29 aprel tarixli 72 nömrəli, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” 2010-cu il 24 noyabr tarixli 215 nömrəli və “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 15 mart tarixli 102 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 may tarixli 1193 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 360; 2004, № 2, maddə 121; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddələr 370, 374, 
№ 9, maddə 822, № 11, maddə 994; 2008, ­­
№ ­2­, maddə 132, № 5, maddə 432, № 6, maddə 586; 2015, № 10, maddə 1223, 
№ 11, maddə 1418) ilə təsdiq edilmiş “Torpaqların zonalaşdırılmasının ümumi əsasları və prinsipləri”nin 4.7-ci bəndinin birinci abzasının birinci cümləsində “sənət-peşə” sözləri “peşə” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 828; 2002, № 11, maddə 675; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822; 2009, 
№ 8, maddə 675, № 9, maddə 736; 2016, № 9, maddə 1585; 2017, № 9, maddə 1742; 2018, № 4, maddə 802, № 11, maddə 2448) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nın 7.5.2-ci yarımbəndinin birinci abzasında “peşəkar-texniki məktəbdə” sözləri “peşə məktəbində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 629; 2002, № 10, maddə 635; 2006, № 10, maddə 902; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857; 2019, № 3, maddə 513) ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək- haqqının ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 6-cı hissənin adında “ŞAGİRDLİK” sözü “TƏLƏBƏLİK” sözü ilə əvəz edilsin;
3.2. 6.1-ci bənd üzrə:
3.2.1 birinci abzasında “şagirdlərin” sözü “tələbələrin” sözü ilə və beşinci abzasında “şagirdlik” sözü “tələbəlik” sözü ilə əvəz edilsin;
3.2.2. altıncı abzasında “şagirdlər” sözü “tələbələr” sözü ilə əvəz edilsin;
3.3. 6.2-ci bənd üzrə:
3.3.1. birinci abzasında “şagirdlərin” sözü “tələbələrin” sözü ilə və dördüncü abzasında “şagirdlik” sözü “tələbəlik” sözü ilə əvəz edilsin;
3.3.2. beşinci abzasında “şagirdlərin” sözü “tələbələrin” sözü ilə əvəz edilsin;
3.4. 6.3-cü bənd üzrə:
3.4.1. birinci abzasında “şagirdlərin” sözü “tələbələrin” sözü ilə və beşinci abzasında “şagirdlik” sözü “tələbəlik” sözü ilə əvəz edilsin;
3.4.2. altıncı abzasında “şagirdlərə” sözü “tələbələrə” sözü ilə əvəz edilsin;
3.5. 7-ci hissənin adında “ŞAGİRDLİK” sözü “TƏLƏBƏLİK” sözü ilə əvəz edilsin;
3.6. 7.1-ci bənd üzrə:
3.6.1. birinci abzasında “şagirdlik” sözü “tələbəlik” sözü ilə əvəz edilsin;
3.6.2. cədvəldə “Şagirdlərə” sözü “Tələbələrə” sözü ilə və cədvəl üzrə ismin müvafiq hallarında “şagird” sözü ismin müvafiq hallarında “tələbə” sözü ilə əvəz edilsin.
4. “Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 72 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 213; 2015, № 12, maddə 1583) aşağıdakı dəyişikliklər edilsin:
4.1. adında və 1-ci hissədə “peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;
4.2. həmin Qərarla təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydası” üzrə:
4.2.1. adında və 1-ci hissədə “peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;
4.2.2. 2-ci hissə üzrə:
4.2.2.1. birinci abzasda “Peşə-ixtisas” sözləri “Peşə” sözü ilə və “əsas və ümumi” sözləri “ümumi orta və tam” sözləri ilə əvəz edilsin;
4.2.2.2. ikinci abzasda “Müstəsna hallarda əsas” sözləri “Ümumi orta” sözləri ilə və “məktəblərinə” sözü “təhsili müəssisələrinə” sözləri ilə əvəz edilsin;
4.2.3. 3-cü hissə üzrə:
4.2.3.1. birinci abzasda “məktəbi və peşə liseylərinə” sözləri “təhsili müəssisələrinə” sözləri ilə əvəz edilsin;
4.2.3.2. on birinci abzasda “məktəbi və peşə liseylərinə” sözləri “təhsili müəssisələrinə” sözləri ilə əvəz edilsin;
4.2.4. 4-cü hissədə “məktəbi və peşə liseyləri” sözləri “müəssisələri” sözləri ilə əvəz edilsin;
4.2.5. 5-ci hissədə “məktəbinə və peşə liseyinə” sözləri “təhsili müəssisəsinə” sözləri ilə əvəz edilsin;
4.2.6. 7-ci hissədə “Peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin.
5. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1043; 2013, № 12, maddə 1646; 2018, № 8, maddə 1812, № 10, maddə 2173, № 12 (II kitab), maddə 2739) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. üçüncü abzasda “məktəbləri və peşə liseylərində” sözləri “təhsili müəssisələrində” sözləri ilə əvəz edilsin;
5.2. dördüncü abzasdan “təhsili” sözü çıxarılsın.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 536) ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın 1.16-cı bəndində “olan şəxslərin peşə-ixtisas” sözləri “şəxslərin peşə” sözləri ilə əvəz edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə