Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 399 Bakı şəhəri, 9 sentyabr 2019-cu il
 
“Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında
 
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 aprel tarixli 1926 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı” təsdiq edilsin (əlavə olunur).
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

 

                  

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il  9 sentyabr

tarixli 399 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər,

habelə onlardan istifadə təlimatı

 

1. Ümumi müddəalar

 

1.1. “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı” (bundan sonra - Sənəd) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmışdır.

1.2. Bu Sənəd nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) olan dərman qutusunun tərkibinə və odsöndürənə dair tələbləri, habelə onlardan istifadə təlimatını müəyyən edir.

 

2. Dərman qutusunun tərkibinə dair tələblər

 

2.1. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.

2.2. Nəqliyyat vasitəsində olan dərman qutusunda bu Sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlar və dərman vasitələri, habelə qeyri-tibb işçiləri tərəfindən ilk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası olmalıdır.

 

3. Odsöndürənə dair tələblər

 

3.1. Nəqliyyat vasitələri (minik və yük avtomobilləri, avtobus, təkərli traktor, habelə tramvay və trolleybus) növündən asılı olaraq, bu Sənədin 2 nömrəli əlavəsində göstərilən odsöndürənlərlə təmin olunmalıdır.

3.2. Nəqliyyat vasitəsinin mühərrik bölməsi əlavə olaraq məsafədən işə salınan yanğınsöndürmə qurğusu ilə (su ilə, köpüklə və ya alovsuz aerozolla) təchiz edilə bilər.

3.3. Odsöndürənə dair tələblər aşağıdakılardır:

3.3.1. titrəyiş sınağından keçirilmiş olmalıdır;

3.3.2. komponentlərinin keyfiyyətləri istehsalçı tərəfindən müvafiq sənədlərlə (pasport, sertifikat və s.) təsdiq edilməlidir;

3.3.3. odsöndürənin üzərində Azərbaycan dilində istehsalçı barədə məlumatlar (adı, ünvanı, əlaqə telefonu və digər məlumatlar) göstərilməlidir;

3.3.4. odsöndürənin üzərində onun əsas göstəriciləri, istismar və istifadə qaydaları (təlimat qeydləri) əks etdirilməlidir;

3.3.5. odsöndürənin üzərində istehsal edildiyi tarix və son istifadə tarixi qeyd olunmalıdır.

 

4. Dərman qutusundan istifadə təlimatı

 

4.1. Dərman qutusundakı hər hansı dərman vasitəsi tam istifadə edildikdə, dərman vasitəsinin komplektləşdirmə qabı zədələndikdə, habelə dərman vasitəsinin yararlılıq müddəti bitdikdə, yerinə yenisi qoyulmalıdır.

4.2. Dərman qutusu nəqliyyat vasitəsində elə yerdə saxlanılmalıdır ki, ətraf mühitin təsiri (günəş şüaları və s.) onun içindəki dərman vasitələrinə zərər yetirməsin. Dərman qutusu şüşə və digər tezsınan qablaşdırmada olan dərman vasitələrinin qorunmasını təmin etməlidir.

4.3. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxslərə ilk tibbi yardımın göstərilməsi üçün bu Sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlardan  aşağıdakı qaydada istifadə edilir:

4.3.1. ilk tibbi yardımın göstərilməsi zamanı bütün hərəkətlər tibbi əlcəklərdən istifadə edilməklə aparılmalıdır;

4.3.2. ətraflarda böyük (əsas) arteriyadan arterial qanaxma halında, qanaxma nöqtələrinə barmaqlarla basaraq yara sahəsindən yuxarı hissədə bazu və ya bud nahiyəsinə jqut sarınmalı, jqut qanaxma dayanan həddə kimi sıxılmalı və fiksə edilməli, jqutun sarınma vaxtı qeydə alınmalı və yaranın üzəri steril salfetlə örtülərək steril bintlə sarğı qoyulmalıdır;

4.3.3. yara olduğu halda, steril salfet və bintdən istifadə edilməklə yaranın üzəri sıx sarınmalı, qanaxma olmadıqda və sıx sarğının tətbiqinə imkan olmadıqda yaranın üzərinə steril salfet qoyularaq leykoplastrla yapışdırılmalıdır. Mikrotravmaların üzərinə bakterisid leykoplastr yapışdırılmalıdır;

4.3.4. xəsarət alan şəxs müstəqil nəfəs almadıqda, steril salfetdən istifadə edilməklə ona süni tənəffüs verilməlidir.

 

5. Odsöndürəndən istifadə təlimatı

 

5.1. Bütün nəqliyyat vasitələrində odsöndürən sürücünün asanlıqla götürə biləcəyi yerdə quraşdırılmalıdır. Odsöndürən nəqliyyat vasitəsinin qapalı baqaj yerində quraşdırılmamalıdır.

5.2. Nəqliyyat vasitəsinin hərəkəti və ya hər hansı bir maneə ilə toqquşması zamanı odsöndürənin düşməməsi üçün onun saxlayıcısı etibarlı quraşdırılmalıdır.

5.3. Ətraf mühitin təsirindən (yağıntılardan, günəş şüalarından və palçıqdan) qorunması üçün odsöndürən nəqliyyat vasitəsinin açıq hissəsində quraşdırılmamalıdır.

5.4. Yanğını söndürən zaman odsöndürən alova yaxınlaşdırılıb (təxminən 1 metrə qədər) üzərində olan plomb çıxarılıb pimi çəkilməli, sonra odsöndürənin xortumu yanma mərkəzinə tuşlanılıb yuxarı hissədə olan düyməyə basılmalı və alovun yanma mərhələsindən asılı olaraq odsöndürənin xortumu tədricən alova yaxınlaşdırılmalıdır.

5.5. Alovlanan təzyiq altında olan elektrik avadanlığını söndürərkən, odsöndürənin korpusu və ya xortumu açıq cərəyan keçirən hissələrə və ya alova 1 metrdən az məsafədə yaxınlaşdırılmamalıdır.

5.6. Tozlu odsöndürənlər qələvi torpaq, qələvi metallar, neft məhsulları, həlledicilər və bərk maddələr ilə bağlı, habelə 1000 voltdan yuxarı olmayan gərginlik altında olan elektrik avadanlıqlarında baş verən kiçik yanğınların söndürülməsi üçün tətbiq olunur. Karbon qazlı odsöndürənlərdən alovlanmış müxtəlif maddə və materialların, eləcə də 1000 voltdan yuxarı olmayan gərginlik altında olan elektrik avadanlıqlarında baş verən kiçik yanğınların söndürülməsi üçün istifadə edilir. Köpüklü odsöndürənlər bərk maddələrin və yanacağın alovlanması, həmçinin təqribən 1 m2 sahədə bəzi tezalışan mayelərin yanması zamanı tətbiq edilir.

5.7. Odsöndürən zədələndikdə, ondan istifadə edildikdə, yaxud yararlılıq müddəti bitdikdə, yenisi ilə əvəzlənməlidir.

 

__________________

“Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”na

 

1 nömrəli əlavə

 

Dərman qutusunun tərkibi

 

Sıra

№-si

Tibbi ləvazimatların və dərman vasitələrinin adı

Ölçü vahidi

Miqdarı

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vasitələr

1.1.

Analgin 0.5 (yaxud əvəzedici)

qutu

1

1.2.

Portativ hipotermik (soyuducu) paket-konteyner

ədəd

1

1.3.

Natrium sulfasil məhlulu

tübik

1

1.4.

Aspirin 325 mq doza və ya Aspirin 100 mq doza

qutu

1

2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vasitələr

2.1.

Özünə və qarşılıqlı yardım məqsədilə arterial qanaxmanı saxlamaq üçün tənzimlənən (təzyiqli) jqut

ədəd

1

2.2.

Steril bint 10x5 sm

ədəd

1

2.3.

Qeyri-steril bint 10x5 sm

ədəd

1

2.4.

Qeyri-steril bint 5x5 sm

ədəd

1

2.5.

Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısı

ədəd

1

2.6.

Steril tibbi sarğı paketi

ədəd

1

2.7.

Bakterisid leykoplastr 2,5x7,0 sm, yaxud 2x5 sm

ədəd

8

2.8.

Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli “Koleteks QEM” steril salfetləri, yaxud statin (tox halında) 1,0 q

ədəd

 

dəst

3

 

3

2.9.

Steril tibbi salfet (tənzif materialından) 18x14 sm

ədəd

1

2.10.

Spirtdə 5 faizli yodun, yaxud 1%-li brilyant abısının məhlulu

flakon

1

2.11.

1x500 sm və ya 2x500 sm, yaxud 1x250 sm ölçüdə leykoplastr

ədəd

1

2.12.

Qeyri-steril boruşəkilli tibbi elastik bint

ədəd

1

2.13.

Pambıq 50 q

bağlama

1

3. Ürək ağrılarına qarşı vasitələr

3.1.

Nitroqliserin həbləri, yaxud kapsulası (trinitrolonq)

qutu

1

4. Bayılmaya qarşı vasitə

4.1.

Ammiak məhlulu (naşatır spirti)

flakon

1

5. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vasitələr

5.1.

Aktivləşdirilmiş kömür

qutu

1

6. Qayçı (kütuclu)

ədəd

1

7. Birdəfəlik istifadə üçün qeyri-steril tibbi əlcək

cüt

1

8. İlk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası

ədəd

1

 

 

 

 

________________________

“Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”na

 

2 nömrəli əlavə

 

Nəqliyyat vasitələrinin odsöndürənlərlə təminat normaları

 

Sıra

№-si

Nəqliyyat vasitələrinin

növləri

Odsöndürənlərin növləri, minimum sayı (ədəd) və

minimum həcmi (litr)

 
 

1.

Minik avtomobilləri

1x2 (tozlu və ya köpüklü)

 

2.

Yük avtomobilləri,

icazə verilən maksimum kütləsi:

 

- 3,5 tonadək olan;

 

- 3,5 tondan 12 tonadək olan;

 

- 12 tondan çox olan

 

 

 

 

1x2 (tozlu, köpüklü və ya karbon qazlı)

 

2x2 və ya 1x5 (tozlu, köpüklü və ya karbon qazlı)

 

2x5 və ya 1x10 (tozlu, köpüklü və ya karbon qazlı)

 

3.

Avtobuslar:

- oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan;

 

- oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 16-dan artıq, lakin 31-dən çox olmayan:

 

sürücü olan hissədə;

 

salonda;

 

- oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 31-dən artıq olan:

 

 

1x4 (tozlu və ya köpüklü)

 

 

 

 

 

 

 

 

1x4 (tozlu və ya köpüklü)

 

1x4 (tozlu və ya köpüklü)

 

 

 

 

1x4 (tozlu və ya köpüklü)

 

 

 

sürücü olan hissədə;

 

salonda (iki salon olduqda, hər salonda)

1x4 (tozlu və ya köpüklü)

 

 

4.

Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri (kabinədə və yük yerində olmaqla)

2x5 (tozlu və ya karbon qazlı)

 

5.

Səyyar laboratoriyalar

2x5 və ya 1x10 (tozlu, köpüklü və ya karbon qazlı)

 

6.

Təkərli traktor və digər xüsusi texnikalar:

 

benzin yanacaqlı;

 

dizel yanacaqlı

 

 

1x5 (tozlu, köpüklü və ya karbon qazlı)

 

2x5 və ya 1x10 (tozlu, köpüklü və ya karbon qazlı)

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə