• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 14 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alimlər beynəlxalq konfransda iştirak ediblər

Azərbaycanlı alimlər  beynəlxalq konfransda iştirak ediblər

Batumi şəhərində İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan Gürcüstan Riyaziyyat Cəmiyyətinin IX beynəlxalq konfransı keçirilib. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən  Bəndəliyev və Maye və qaz mexanikası şöbəsinin kiçik elmi işçisi Pərviz Müseyibli iştirak ediblər.

www.science.gov.az saytı yazır ki, konfransda R.Bəndəliyev "Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri", P.Müseyibli isə “Qaz qabarcıqlı mayelərdə yaranan qeyri-xətti dalğaların yayılmasına elektrokinetik proseslərin təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları səfər çərçivəsində bir sıra ölkələrin tanınmış alimləri ilə görüşüb, elmi əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

13 2018 10:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Noyabr 2018 | 11:28
Uğurun açarı – Özgüvən

Ən son xəbərləri səhifəmizdən də izləyin