Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mühacirətdə olan müxalifət açıq şəkildə erməni lobbisinin təsiri altındadır”

“Mühacirətdə olan müxalifət açıq şəkildə erməni lobbisinin təsiri altındadır”

Bu gün özünü müxalifət adlandıran bir sıra mühacirlər Azərbaycan dövlətinə, hökumətinə iftiralar atmaqla heç nəyə nail ola bilməyəcəklər. Mühacirətdə olan müxalifət açıq şəkildə erməni diasporunun təsiri altındadır... Bunu “Xalq qəzeti”nə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Xaricdəki müxaliflərin aldığı qrantların qaynağı birbaşa ermənilərə gedib çıxır. Ona görə də hər fürsətdə Azərbaycanı qaralamağa çalışırlar. Daha sonra isə ermənilər həmin “azərbaycanlıların” uydurmalarını həm Ermənistanda, həm də xarici ölkələrdə tirajlayırlar. Xüsusi olaraq qabardırlar ki, guya xaricdə olan Azərbaycan vətəndaşları öz ölkələrindəki acınacaqlı durumu etiraf edirlər və s. Bunun təbliğatını apararaq beynəlxalq konfranslarda Azərbaycan əleyhinə materiallar yayırlar. Bunların hamısı sistemli şəkildə erməni lobbisi tərəfindən həyata keçirilir. Erməni lobbisinin, xüsusən Əli Kərimlinin, onun arxalandığı mühacir söyüş müxalifətinin başında dayanan Vidadi İskəndərli, Orduxan Teymurxan və digərlərinin son vaxtlardakı fəaliyyəti dövlətimizə qarşı aparılan kampaniyaların tərkib hissəsidir. 
N.Orduxanlının sözlərinə görə, onların məqsədi Azərbaycanı, dövlət başçımızı nüfuzdan salmaq, ölkəmiz əleyhinə qarayaxma kampaniyası təşkil etməkdir:
“Ermənilərlə əlbir olan radikal müxalifətin nümayəndələri düşünmürlər ki, onların siyasi möhtəkirliyi vətənə xəyanətə çevrilib. Çünki dağıdıcı müxalifətin niyyəti hansı yolla olursa-olsun, hakimiyyətə yiyələnməkdir. Onlar öz məqsədlərinə çatmaq üçün indi də sosial şəbəkə üzərindən fəaliyyət göstərirlər. Lakin istəkləri heç zaman reallaşmayacaq. Bu fikrim mühacirlərə, siyasətbazlara da aiddir. 
Təsadüfi deyildir ki, dünən “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən “dəyirmi masa”da Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov da bu barədə danışıb. O qeyd edib ki, istənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan bəzi şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd edirlər. Həmin şəxslər asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər. Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. 

 

Təqdim etdi: 
Anar Əliyev,
 “Xalq qəzeti”

 

12 2019 10:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə