Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şər qüvvələr Azərbaycana təzyiq edə və onu yolundan çəkindirə bilməzlər

Şər qüvvələr Azərbaycana təzyiq edə və onu yolundan çəkindirə bilməzlər

Azərbaycanda siyasi proseslərə xarici müdaxilə hazırda cəmiyyəti dərindən narahat edir. Bu məsələdə Avropada antiazərbaycan şəbəkənin buyruq quluna çevrilən “sapı özümüzdən olan baltalar” sosial şəbəkələrin imkanlarından sui-istifadə edərək, respublikamızın  mövcud reallıqlarını təhrif edir, yalan, böhtan yolu ilə insanların düşüncələrini zəhərləməyə cəhd göstərirlər. 

Bunun əsas səbəbini isə bəzi şər dairələrin Azərbaycanın son illər əldə etdiyi siyasi, sosial-iqtisadi uğurlara, xalq-iqtidar birliyinə qısqanclıqla yanaşması ilə əlaqələndirmək istərdim. Ona görə də vurğulamağı lazım bilirəm ki, ölkəmizdə hökm sürən sabit ab-hava  və respublikamızın getdikcə güclənən nüfuzu onların, necə deyərlər,  yuxusunu qaçırıb. Belələri Azərbaycanın mənəvi dayaqlarını sarsıtmaq və dövlətimizə beynəlxalq təzyiq formalaşdırmaq üçün hər şeydən–əxlaqdan da, namusdan da keçirlər.
Bu şər kampaniyasının arxasında dayanan antimilli qüvvələr və onların xaricdəki  havadarları, məsələn, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Həbib Müntəzir, Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Teymurxan,  Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov və digər ünsürlər belə bir yolla Azərbaycan hökumətinə öz aləmlərində təzyiq etdiklərini düşünürlər. Amma səhv edirlər. Milli təəssübkeşliyini itirən, çalınan havalara oynayan o şəxslər  başa düşməli, anlamalıdırlar ki, şər-böhtan danışmaqla Azərbaycana təzyiq etmək  və Azərbaycanı öz müstəqil siyasətindən döndərmək, dövlətin dayaqlarını sarsıtmaq mümkün deyil.
Yuxarıda adlarını çəkdiyim milli heysiyyətini itirən həmin şəxslər etika anlayışı ilə bir araya sığmayan ifadələr işlədərək ayrı-ayrı insanları mənəvi terrora məruz qoymaqdan belə çəkinmirlər. Ləyaqətli şəxslərə, Azərbaycan dövlətinə ləkə yaxmaq istəyənlər əslində vicdanlarını itirən ünsürlərdir. Bununla da onlar ölkə üçün, necə deyərlər, qara ləkəyə çevriliblər. Lakin hamı yaxşı bilir ki, “sapı özümüzdən olan baltalar” bu cür ləyaqətsiz hərəkətlərlə heç nəyə nail ola bilməzlər. Çünki belə əməllər sağlam düşüncəli hər kəsdə onlara qarşı ancaq nifrət hissi yaradır. 
Yeri gəlmişkən, burada bir məqamı da vurğulamaq istərdim. Bu gün xaricdə sığınacaq alıb, məhdud dövlət yardımı ilə yaşayan və açdıqları telekanallarla Azərbaycana nifrinlər yağdıran şəxslərə şübhəsiz ki, kənar, mənbəyi bəlli olmayan maliyyə dəstəyi göstərilir. Bu isə o deməkdir ki, onlar Azərbaycana düşmən kəsilən qüvvələrin təsiri altına düşüblər. Fikrimcə, bu, çox təhlükəli bir yoldur, Vətənə, xalqa xəyanət etməkdir. Azərbaycanda, eləcə də xaricdə yaşayan soydaşlarımız, ilk növbədə, milli maraqlardan çıxış edərək, belə xainlərin Azərbaycana qarşı həyata keçirdikləri çirkin təbliğat kampaniyasına qarşı mübarizə aparmalıdırlar. 

 

Arzuman MURADLI,
YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq

 

 

12 2019 10:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə