Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın populist siyasəti iflasa məhkumdur

Paşinyanın populist siyasəti iflasa məhkumdur

Nikol Paşinyan artıq il yarımdır ki, işğalçı ölkə hökumətinin rəhbəridir. Ancaq buna baxmayaraq, o, dövlət və dövlətçiliyin, hakimiyyətin nə olduğunu bilmir. Bu başabəla siyasətçi hökumət rəhbəri statusundan irəli gələn vəzifə və funksiyalardan da xəbərsizdir. 

Ermənistan hökumətinin başçısı verdiyi saxta vədlərin, səsləndirdiyi sərsəm açıqlamaların özünə və ölkəsinə hansı ciddi fəlakətlər törədə biləcəyinin fərqinə varmır. Bəli, Paşinyan avantürist siyasət yürüdür. O, bunun bədəlini mütləq ödəyəcək. Axı, tarix hər kəsə layiq olduğu qiyməti verir. 
Paşinyan bu gün dünyanın ən uğursuz siyasətçilərindən biridir. Bu, heç kəs üçün sirr deyil. Reallıq budur ki, bu gün Ermənistanın özündə hökumətin rəhbərindən kəskin narazılıq var. Ölkədə yaşamaq dözülməz hal alıb. Əhali maddi problemlərdən və işsizlikdən şikayətlənir. Bir çox siyasətçilər Ermənistanda Paşinyanın əleyhinə inqilabın yetişdiyini açıq şəkildə bəyan edirlər. 
Paşinyan özünü bilməzliyə qoysa da, o, hakimiyyətinin sona çatdığını hiss edir. Əvvəlki kimi təhrikçi, avantürist açıqlamalar verərək, əhalinin diqqətini əsas problemlərdən yayındırmağa çalışır. Ermənistan mətbuatı yazır ki, ölkə hökumətinin başçısı xalqa verdiyi vədlərin heç birinə əməl etməyib, insanlar aclıq və səfalət içində yaşayırlar. Yeni iş yerləri açılmır, gənclər və orta yaşlı insanlar işləmək üçün xarici ölkələrə üz tuturlar.
Həqiqətən, Ermənistanda əhalinin böyük əksəriyyəti N.Paşinyana inanmır. Bu yaxınlarda Ermənistanın aparıcı KİV-lərindən birinin apardığı rəy sorğularından bəlli olub ki, ümumilikdə, respondentlərin 75 faizi yeni hökumətə etimad göstərmir. Bütün bunlar bir daha sübut edir ki, Paşinyanın qeyri-ciddi, populist siyasəti iflasa məhkumdur. 

 

Tahir RZAYEV, 
Milli Məclisin deputatı

 

 

12 2019 10:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə